Icma.az
close
up
RU
Azərbaycan Ermənistan arasında sülh Türkiyə və Britaniyanın yeni Avrasiya modelinə uyğundur RƏY

Azərbaycan Ermənistan arasında sülh Türkiyə və Britaniyanın yeni Avrasiya modelinə uyğundur RƏY

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda Estoniyada rəsmi səfərdə olduğu bildirilən Ermənistanın Baş naziri Nikol Paşinyan Tallində iki ölkənin kəşfiyyat lideri ilə gizli görüş keçirir.

Bu iddia ilə “Hayeli Armenia” və bir neçə Teleqram kanalı çıxış edib.

Məlumata görə, Paşinyan hazırda Tallindəki “Radisson” otelinin qapalı zalında Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla gizli görüş keçirir. Müzakirənin təxminən yarım saatdır davam etdiyi bildirilir.

Görüşün detalları ilə bağlı heç bir məlumat yoxdur.

Rəsmi İrəvan görüşlə bağlı iddialara münasibət bildirməyib.

Qeyd edək ki, Nikol Paşinyan ötən gün Estoniyaya səfər edib.


Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, bu gün başda Rusiya olmaqla onların əlaltıları və Ermənistanda mövcud revanşist qüvvələr çox ciddi dezinformasiya ilə məşğuldur:


"Rusiyanı Nikol Paşinyan hökumətinin əleyhinə qaldırmaq istəyi var. Müxalifət revanşist qüvvələrin "liderləri" son zamanlar çox aktivləşiblər. Əgər həqiqətən sözügedən məlumat öz təsdiqini taparsa, bu, Ermənistanın yaxın gələcəkdə Azərbaycan, Türkiyə və Rusiya ilə bağlı siyasi qərarları olacağı anlamına gəlir. Çünki bir tərəfdə Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanması gündəm təşkil edir. Eyni zamanda bir də Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi bəzi Qərb dövlətlərinin, xüsusilə də Böyük Britaniyanın maraqları çərçivəsindədir. Paralel olaraq bu, Türkiyənin də istəklərini ifadə edir. Çünki Ankara İrəvanla münasibətləri tənzimləməyin yolunu Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasından keçdiyini dəfələrlə bildirib. Bunun nəticəsidir ki, müəyyən görüşlər və razılaşmalar olmasına rəğmən hələ də Türkiyə və Ermənistan arasında Marqara körpüsündəki keçid məntəqəsi açılmayıb. Həmçinin gələcək perspektivdə Gümrüdən Türkiyəyə gedəcək dəmir yolunun təşkilinin bərpası və açılması prosesi müzakirə predmetidir. Digər tərəfdən bu gün ABŞ-Rusiya yaxınlaşması kontekstində Ukrayna müharibəsi bitəndən sonra Ermənistanın Moskvanın qəzəbinə gəlməməsi ilə bağlı İrəvanda müəyyən narahatlıq var. Məhz bu məsələ də Estoniyada müzakirə edilə bilər".


Politoloq qeyd edib ki, əslində Ermənistan 2 daş arasında qalıb:

"Bir tərəfdə Avropanın təzyiqi, digər tərəfdə isə vəd verdiyi Rusiya var. Ümumiyyətlə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması Türkiyə və Böyük Britaniyanın perspektivdə qurmaq istədiyi yeni Avrasiya modelinə uyğundur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri