Baş məşqçimiz bizi inandırmışdı ki, Qarabağ dan ala bilərik Ayxan Abbasov fasilədə oyunçularına nə deyib?
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Oyunun ağır keçəcəyinin fərqindəydik. Baş məşqçimiz həftə ərzində bizi inandırmışdı ki, "Qarabağ"dan xal ala bilərik".
Bunu Fanat.Az-a açıqlamasında Misli Premyer Liqasının 9-cu turunda "Azərsun Arena"da "Qarabağ"la 0:0 hesablı heç-heçə edən "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov deyib.
Arxa xətt oyunçusu "köhlələr"i qonaq qismində büdrətmələri barədə danışıb: "Çox yaxşı oyun sərgilədik, çox yaxşı döyüşdük. Şükürlər olsun, xal qazana bildik. Qol şanslarımız da oldu, amma fürsətlərdən yararlanmadıq. "Qarabağ"la oyunun fasiləsində Ayxan müəllim bizə ik8nci hissədə nəyi daha yaxşı edə biləcəyimizi dedi, öz təlimatlarını verdi. İkinci hissədə qol epizodlarımız oldu... "Qarabağ" kimi komandadan səfərdə 1 xal almaq böyük şeydi. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 28 Oktyabr 2025 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















