Azərbaycan Ermənistan danışıqlarının davamlı sülhə çatması Türkiyə və Rusiya üçün faydalıdır Ərdoğan
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşən Rəcəp Tayyip Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesindən danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.
Ərdoğan görüşdə Azərbaycan-Ermənistan danışıqlarının davamlı sülhə çatmasını arzuladığını bildirib və Qafqazda davamlı sabitliyin həm Türkiyə, həm də Rusiya üçün faydalı olduğunu vurğulayıb.
Həmçinin, Ərdoğan Rusiya Prezidenti ilə görüşdə Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıb. Prezident qeyd edib ki, Türkiyə Ukraynada davam edən müharibənin ədalətli və davamlı sülh ilə nəticələnməsi üçün səylərini davam etdirir və İstanbul danışıqları bu prosesə töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Sentyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















