Icma.az
close
up
RU
Qanla Yazılan Tarix, Sönməyən Qürur

Qanla Yazılan Tarix, Sönməyən Qürur

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“20 Yanvar faciəsi” – 36 il

Azərbaycan xalqının yaddaşında elə tarixlər var ki, onlar təkcə təqvimdə bir gün deyil, bir millətin taleyidir. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda verdiyi ən ağır, eyni zamanda ən şərəfli günlərindən biridir. Bu qanlı hadisədən 36 il ötür. Lakin zaman bu ağrını azaltmır, əksinə, onu daha da dərinləşdirir, daha da müqəddəsləşdirir.

“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”.

Elə bu şüarı da əsas tutaraq 36 il bundan əvvəl Azərbaycan xalqının igid və qəhrəman övladları sovet rejiminə qarşı çıxdı. Respublikada yaranmış o zaman ki, gərgin durum insanları küçələrə saldı. Etirazlar günü-gündən artmağa başladı.

Axı xalqın bu etirazlarına səbəb nə idi? Nə üçün məs o anda, nə üçün məs o ərəfədə? Bu sualları cavablandırmaq üçün, bir qədər tarixə nəzər salmaq lazımdır.

Hələ, 1985-ci ildə SSRİ rəhbərliyinə gələn Mixayil Qorbaçov, Azərbaycana qarşı dost olmayan siyasət yürüdməyə başlayır. Bu, ilk növbədə, 1987-ci ilin payızında M.Qorbaçovun Heydər Əliyevin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasına nail olması ilə ifadə edildi. Beləliklə, Azərbaycan ölkənin ən yüksək rəhbərliyinin bir hissəsi olaraq dəstəyini itirdi. Dərhal Əliyev əleyhinə geniş bir mətbuat kampaniyası başladı. Bu kampaniya Ə.Vəzirovun respublikanın partiya rəhbərliyinə başçı təyin olunmasından sonra daha da gücləndi. Daha sonra, M.Qorbaçovun Dağlıq Qarabağdakı ərazilərin Ermənistan SSR-ə daxil olmasını müdafiə edən siyasəti, ermənilərin separatizmin güclənməsinin detonatoru oldu. Erməni separatist qruplaşmalarının dinc Azərbaycan kəndlərində törətdikləri təxribatlar kütləvi xarakter alaraq Azərbaycan xalqının cavab xarakterli etirazlarına səbəb oldu. Bu hadisələr, respublikanın suverenliyini və ərazi bütövlüyünü qorumaq şüarları altında gedən, Azərbaycanda milli hərəkata güclü təkan verdi.

Deyirlər ki, “Əgər bir nəfər itaətsizlik eləsə bu cinayətdir, ancaq minlərlə insan bunu edirsə demək bu artıq inqilabdır”.

Bəli, insanlar azadlıq və müstəqillik arzusunda idi. Müstəqillik Azərbaycana son 70 ildə heç vaxt belə yaxın olmamışdı. Xalqın ürəyində sanki azadlıq alovu yanırdı. Bu alov ya hamını yanıb külə döndərəcəkdi, ya da alışıb bütün dünyanı qaynadacaqdı.

Bir deyim də var ki, “Bütün millət köləlikdə olan vaxtda, bir ailə şükür içində yaşaya bilməz”.

Elə ona görə də, bütün xalq birləşərək ayağa qalxdı. Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başlanıldı. Bakının əsas giriş-çıxışlarında, sovet-işğalçı ordusunun əsgər kazarmalarına aparan yollarında yük maşınlarından və beton bloklardan ibarət barrikadalar quruldu.

Moskva bu hərəkatın qarşısını almaq üçün sərt tədbirlər gördü, Bakıya qoşun göndərdi. Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi və burada qanlı qırğın törətdi.

1990-cı ilin 19-dan 20-nə keçən gecə Bakı şəhəri sanki mühasirəyə alındı. Sovet imperiyasının ağır silahlı ordusu dinc və silahsız insanlara qarşı yeridildi. Tanklar küçələri tapdaladı, güllələr evlərin pəncərələrin dən, ürəklərdən keçdi. O gecə Bakının səması qana boyandı, torpağı şəhid qanı ilə suvarıldı. Qadınlar ağladı, analar övladlarını itirdi, uşaqlar yetim qaldı. Bu, sadəcə bir hərbi əməliyyat deyildi — bu, Azərbaycan xalqının iradəsini qırmaq cəhdi idi.

Lakin onlar bir şeyi hesaba almamışdılar: bu xalq qorxu ilə yox, ləyaqət ilə yaşayan xalqdır. Silahsız insanlar tankların qarşısına çıxdı, azadlıq istəyini canı bahasına ifadə etdi. O gecə şəhid olanlar yalnız öz canlarını yox, gələcək nəsillərin azadlığını qorudular. 20 Yanvar şəhidləri müstəqillik yolunun ilk və ən uca qurbanları oldular.

Sovet ordusunun geniş miqyaslı hərəkatı Bakıda və respublikanın digər yaşayış məntəqələrində 146 nəfərin ölümünə səbəb oldu, 400 nəfər həbs edildi, 744 nəfər yaralandı, 4 nəfər isə itkin düşdü. Yüzlərlə yaşayış binası yandırıldı, vətəndaşlara və şəhər iqtisadiyyatına maddi ziyan dəydi. Respublika əhalisi Sovet ordusunun vəhşi təcavüzünə etirazlarını bildirdi. 22 yanvar 1990-cı il Bakıda, bütün Azərbaycan təcavüz qurbanları ilə vida etdi. Bütün şəhər qara geyimində idi. Respublikada üçgünlük matəm elan edildi. O zaman mitinqdə və dəfn mərasimində iki milyona yaxın insan iştirak etmişdi. Küçələrdə, evlərin divarlarında insanlarda Qorbaçova, Sovet Kommunist Partiyasına və hərbçilərə nifrətini ifadə edən yazılar həkk oldu. Kommunist Partiya biletləri yandırıldı.

Şəhidlər Xiyabanına axışan milyonlarla insan sübut etdi ki, Azərbaycan xalqını susdurmaq mümkün deyil. Həmin gün xalq və şəhidlər arasında əbədi bağ yarandı.

Çox təəssüf olsun ki, Azərbaycan xalqının qanı axıdıldı və nə qədər ağır olsa da dünya bu qanlı 20 yanvar hadisəsindən danışdı.

Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən Ümummilli Lider Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycan nümayəndəliyində etdiyi cəsarətli çıxışla Sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti dünya ictimaiyyətinə çatdırdı. Bu çıxış təkcə etiraz deyildi — bu, qorxu səddini dağıdan milli mövqenin təntənəsi idi.

Əliyevin nitqi çox böyük əhəmiyyət kəsb edib və nəticələrə səbəb oldu. Həmin gün Əliyevi bütün xarici radio səsləri səsləndirdi və daimi nümayəndəliyə toplaşan xarici müxbirlər Əliyevi müsahibə almaq üçün mühasirəyə aldılar. Bir neçə gündən sonra isə bu çıxışın videosu kimlərsə tərəfindən gizli şəkildə yayıldı və lentlər Bakıda görüntüləndi. Həmin lent görüntüləri, respublika vətəndaşlarının qəlbində ümid hissini oyandırır və Kreml etirazçıları arasında isə qorxu yaradır.

Bəli, o zaman sovet faşist ordusu barrikadaları xalqın qanı naminə yara bildi, ancaq insanları susdura bilmədi. Əksinə, elə həmin 20 yanvar tarixindən SSSR-i Azərbaycanı itirdi.

İnqilabi hərəkatlar daha da qücləndi. Hakimiyyətə qarşı boykot elan olundu. Xalq öz suverenliyini qazanmayınca mövqeyindən dönmədi. Həmən o gecə Azərbaycan xalqının taleyi həll olundu. Elə həmən o gecədə, bu günkü firavan Azərbaycanımızın müstəqilliyinin və azadlığının təməli qoyuldu.

Bu gün müstəqil Azərbaycan 20 Yanvar şəhidləri qarşısında başıuca dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü dövlətə çevrilib. Xalqın azadlıq arzusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə özünün ən ali zirvəsinə çatdı. Bu Qələbə sübut etdi ki, 20 Yanvar şəhidləri hədər getməyib, onların tökdüyü qan torpaqda yox, tarixdə cücərib.

20 Yanvar — həm də milli oyanışın başlanğıcıdır. Bu gün bizi birləşdirən və gücləndirən dəyərlərin əsası həmin gecə qoyuldu. O gecə Azərbaycan xalqı qorxunu aşdı, köləlik düşüncəsini rədd etdi və azadlıq yolunu seçdi.

Bu gün, 36 il sonra biz o şəhidlərin ruhu qarşısında bir daha söz veririk:

Azərbaycan müstəqil qalacaq, suverenliyimiz əbədi olacaq, Şəhidlərimizin xatirəsi isə heç zaman unudulmayacaq.

20 Yanvar — qanla yazılan tarixdir.

20 Yanvar — milli ləyaqətin simvoludur.

20 Yanvar — ağrımızdır, qürurumuzdur, yaddaşımızdır.

Şəhidlər ölməz, Vətən bölünməz!

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri