Sürücülük vəsiqəsi alanlar azalır, tıxac artır Ekspert ziddiyyətə aydınlıq GƏTİRDİ
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"İlk baxışdan problem ziddiyyətli görünə bilər, əslində Azərbaycanda avtomobillərin sayı əhali sayına nisbətən yüksək deyil. 10 milyonluq əhali üçün təxminən 1,5 milyon avtomobil var. Bakıda avtomobil çoxluğu hiss olunur, lakin 5 milyonluq şəhər üçün 700 min avtomobil kritik hədd sayılmır. Üstəlik, bu maşınların bir hissəsi gündəlik olaraq ətraf ərazilərdən paytaxta daxil olub axşam geri qayıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
"Yollardakı sıxlığın əsas səbəbi avtomobil çoxluğu deyil. Tıxaclar əsasən yol infrastrukturu, təmir və bağlanmalar, parklanma problemləri və hərəkətin düzgün təşkil olunmaması ilə bağlıdır. Avtomobil sayı az olsa belə, bu səbəblər qalarsa, tıxac da qalacaq".
O bildirib ki, digər tərəfdən, sürücülük vəsiqəsinə maraq azalır:
"İmtahan sistemi sərtləşib, kəsilənlərin sayı artıb. Gənclər avtomobili artıq status kimi görmür. Taksi, car sharing və ictimai nəqliyyat alternativləri daha əlçatan olub.
Avtomobil almaq və saxlamaq xərcləri də ciddi şəkildə artıb. Qiymətlər yüksəlib, kredit şərtləri çətinləşib, yanacaq, sığorta və parklanma xərcləri çoxalıb. Bu səbəbdən həm gənclər, həm də orta yaşlılar avtomobil sahibi olmağa maraq göstərmir.
Nəticədə avtomobillərin sayı artsa da, yeni sürücülərin sayı artmır. Tıxacların əsas səbəbi yeni sürücülər yox, infrastruktur və təşkilati problemlərdir. İnsanlar yollarda vaxt itirməkdən və əlavə xərclərdən yorulduqları üçün avtomobil sürmək istəmirlər".
Qeyd edək ki, 2025-ci ildə sürücülük vəsiqəsi alanların sayı digər illərlə nisbətdə 2 dəfə azalıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
"Yollardakı sıxlığın əsas səbəbi avtomobil çoxluğu deyil. Tıxaclar əsasən yol infrastrukturu, təmir və bağlanmalar, parklanma problemləri və hərəkətin düzgün təşkil olunmaması ilə bağlıdır. Avtomobil sayı az olsa belə, bu səbəblər qalarsa, tıxac da qalacaq".
O bildirib ki, digər tərəfdən, sürücülük vəsiqəsinə maraq azalır:
"İmtahan sistemi sərtləşib, kəsilənlərin sayı artıb. Gənclər avtomobili artıq status kimi görmür. Taksi, car sharing və ictimai nəqliyyat alternativləri daha əlçatan olub.
Avtomobil almaq və saxlamaq xərcləri də ciddi şəkildə artıb. Qiymətlər yüksəlib, kredit şərtləri çətinləşib, yanacaq, sığorta və parklanma xərcləri çoxalıb. Bu səbəbdən həm gənclər, həm də orta yaşlılar avtomobil sahibi olmağa maraq göstərmir.
Nəticədə avtomobillərin sayı artsa da, yeni sürücülərin sayı artmır. Tıxacların əsas səbəbi yeni sürücülər yox, infrastruktur və təşkilati problemlərdir. İnsanlar yollarda vaxt itirməkdən və əlavə xərclərdən yorulduqları üçün avtomobil sürmək istəmirlər".
Qeyd edək ki, 2025-ci ildə sürücülük vəsiqəsi alanların sayı digər illərlə nisbətdə 2 dəfə azalıb.
Əfsanə Kamal
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Sürücülük vəsiqəsi əldə etmək daha rahat olacaq Ekspert
17 Noyabr 2025 17:07
Azərbaycanda “B” kateqoriyalı sürücülük vəsiqəsi İMTAHANSIZ VERİLƏCƏK? Ekspert AÇIQLADI
19 May 2025 22:03
“Moped sürücüləri üçün sürücülük vəsiqəsi tələbi tamamilə doğrudur” Ekspert
13 Oktyabr 2025 18:31
Sürücülük vəsiqəsi alanlar psixoloji testdən keçsin TƏKLİF
12 İyun 2025 18:42
Sürücülük vəsiqəsi əlindən alındı
21 Noyabr 2025 08:46
Baxış sayı:41
Bu xəbər 16 Yanvar 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















