Azərbaycan Ermənistan sülh prosesinə Avropadan yeni DƏSTƏK
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Latviya Azərbaycan ilə Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirir".
Redaktor.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs İrəvanda Ermənistanın yüksəkvəzifəli şəxsləri ilə keçirdiyi görüşlərdə bildirib.
Dövlət başçısı qeyd edib ki, rəsmi Riqa yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında hərtərəfli və davamlı sülh sazişinin imzalanacağına ürəkdən ümid edir.
Rinkeviçs vurğulayıb ki, səfərin əsas məqsədi regional sabitliyə töhfə vermək və uzunmüddətli fasilədən sonra ali səviyyəli əlaqələri praktiki əməkdaşlıq müstəvisinə keçirməkdir.
Latviya lideri Riqa ilə İrəvan arasında yalnız siyasi dialoqun deyil, iqtisadi əlaqələrin də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Edqars Rinkeviçs həmçinin Ermənistanın Avropa təsisatlarına inteqrasiyası məsələsinə də toxunub. O bildirib ki, Latviya Ermənistanın Avropa yolunu seçməsini dəstəkləyir və ölkənin Avropa İttifaqına inteqrasiya prosesinə yardım göstərməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 May 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















