Makrondan Ermənistan Azərbaycan sülh prosesinə DƏSTƏK
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə dəstəyini bir daha təsdiqləyib.
Modern.az xəbər verir ki, Makron bu barədə X sosial media platformasında yazıb.
O, martın 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını xatırladıb.
"Regional liderlərlə məsləhətləşmələr çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım və İranın ölkəsinə hücumlarından sonra ona dəstəyimizi və həmrəyliyimizi bildirdim. Həmçinin vətəndaşlarımızın təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana minnətdaram. Bu fürsətdən istifadə edərək Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə dəstəyimizi və Bakı ilə daha möhkəm təməl üzərində ikitərəfli dialoqu davam etdirmək istəyimizi bir daha təsdiqlədim",- Makron yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 09 Mart 2026 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















