Icma.az
close
up
RU
Avropadan Bakı metrosuna dəstək

Avropadan Bakı metrosuna dəstək

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Avropa İnvestisiya Bankı (EIB) Bakı Metropoliteninin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı investisiya proqramının dəyərinin 50 %-nə qədərini maliyyələşdirməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq bankdan bildirilib.

Qeyd olunub ki, Azərbaycan hökumətinin ilkin qiymətləndirmələrinə görə, paytaxtın metro sisteminin modernləşdirilməsi üçün 2,5-3 milyard avro məbləğində vəsait tələb olunacaq. Hazırda EIB layihənin ilkin qiymətləndirilməsini aparır. 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 zamanı bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb ki, bu da əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olub. Sənəd metronun modernləşdirilməsi, genişləndirilməsi və yenilənməsi layihəsinin hazırlanması və qiymətləndirilməsi üçün hərtərəfli texniki yardımı və çərçivənin yaradılmasını nəzərdə tutur.

EIB texniki yardım layihəsinin həyata keçirilməsinə 2026-cı ilin fevral ayında başlamağı planlaşdırır. Layihənin müddəti təxminən 30 aydır.

Bankın məlumatına görə, EIB-nin təklif etdiyi çərçivə krediti irimiqyaslı alt layihələri, o cümlədən mövcud şəbəkənin modernləşdirilməsi və səmərəliliyinin artırılmasını; “Xocəsən” deposunun genişləndirilməsi ilə “Bənövşəyi” xəttin uzadılmasını; “Dərnəgül” deposunun tikintisi ilə “Yaşıl” xəttin uzadılmasını; şəbəkənin genişləndirilməsi və mövcud xətlərdə hərəkət tezliyinin artırılması üçün yeni qatarların alınmasını əhatə edəcək

“Zəruri tədqiqatların və sənədlərin hazırlanması üçün EIB bir neçə texniki yardım mənbəyindən istifadə edəcək. Xüsusilə İqlim Riskləri və Həssaslığın Qiymətləndirilməsi (CRVA) və İqlim Dəyişikliyinə Adaptasiya Planının (CAP) hazırlanması üçün “Urban Projects Finance Initiative”dən (UPFI) qrantın alınması gözlənilir. Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ESIA), Ekoloji və Sosial İdarəetmə Planı (ESMP) və s. hazırlanması üçün Şərq Tərəfdaşlığı Texniki Yardım Fondundan (EPTATF) vəsait cəlb ediləcək. Bundan başqa, icra mərhələsində nəzarət və ixtisaslaşdırılmış ekspert yardımının təmin edilməsi üçün Qonşuluq İnvestisiyası Platformasının (NIP) dəstəyi tələb olunacaq.

Qeyd olunan istiqamətlər üzrə konsaltinq xidmətlərinin 2026-cı ilin birinci yarısından gec olmayaraq əldə edilməsi planlaşdırılır və işlər təxminən 18 ay ərzində yerinə yetiriləcək. Bununla paralel olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə layihənin icra bölməsinin (PIU) yaradılması zəruriliyi ilə bağlı ilkin müzakirələr aparılır. Konkret öhdəliklər və planlar qiymətləndirmə mərhələsində dəqiqləşdiriləcək”, – bankdan vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-nin inkişafı üçün Azərbaycana 1 milyard ABŞ dollarına yaxın kredit verməyə hazır olduğunu bildirib. Bundan başqa, “Bakı Metropoliteni”nin Asiya İnfrastruktur İnvestisiya Bankından maliyyə vəsaiti cəlb etməsi barədə də məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see315

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see290

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see280

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see274

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see259

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see248

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see245

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see245

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see242

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see237

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see226

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see225

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see218

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see212

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see211

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see174

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri