Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini daha da möhkəmləndirib Millət vəkili

Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini daha da möhkəmləndirib Millət vəkili

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin hansı səviyyəyə yüksəldiyini bir daha aydın şəkildə göstərdi. Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması mühüm siyasi hadisədir. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region dövlətləri ilə münasibətlərində yüksək etimadın və qarşılıqlı hörmətin formalaşdığını göstərir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasətin mühüm nəticələrindən biridir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki,  bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika və digər sahələrdə əməkdaşlıq sürətlə genişlənir. Ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması və Mərkəzi Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən artıq şirkətin fəaliyyət göstərməsi bu əməkdaşlığın artıq real iqtisadi nəticələr verdiyini göstərir. Xüsusilə investisiya sahəsində görülən işləri qeyd etmək lazımdır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların imkanlarından səmərəli istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi və sənaye əməkdaşlığının genişləndirilməsi üçün ciddi imkanlar yaranır:

"Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində nəqliyyat və logistika istiqaməti də xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi qeyd olunmalıdır. Azərbaycan həm Xəzər üzərindən keçən marşrutun əsas halqalarından biri, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağıdır. Son illərdə ölkəmizdə yaradılmış müasir yol, dəmir yolu, liman və logistika infrastrukturu Azərbaycanın bu prosesdə rolunu daha da gücləndirib. Energetika sahəsində əməkdaşlığımız da strateji xarakter daşıyır. Mərkəzi Asiya ölkələrindən neftin Azərbaycan ərazisi ilə dünya bazarlarına çıxarılması, eyni zamanda Qazaxıstan və Özbəkistanla yaşıl enerji və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional enerji təhlükəsizliyində rolunu artırır. Mən xüsusi olaraq Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərimizin bərpasına verdiyi dəstəyi də qeyd etmək istəyirəm. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikməsi bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır. Bu layihələr təkcə tikinti və infrastruktur layihələri deyil. Bunlar Azərbaycanla Mərkəzi Asiya xalqları arasında tarixi, mənəvi və qardaşlıq bağlarının konkret ifadəsidir. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində qardaş ölkələrin iştirakı xalqlarımız arasındakı həmrəyliyin çox mühüm göstəricisidir. Prezident İlham Əliyevin çıxışında bir daha vurğulandı ki, regional əməkdaşlığın inkişafı üçün əsas şərtlərdən biri sülh və təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan bütün bu proseslərdə sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin şahidiyik. Bu mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın konkret iqtisadi, nəqliyyat, enerji və humanitar layihələrlə tamamlanmasıdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm tərəfdaş və etibarlı tranzit ölkə kimi öz mövqeyini daha da möhkəmləndirib. Hesab edirəm ki, qarşıdakı dövrdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq daha da genişlənəcək. Bu münasibətlər yalnız ölkələrimizin iqtisadi və siyasi maraqlarına deyil, bütövlükdə regionda sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri