Icma.az
close
up
RU
Azərbaycan xalqı öz tarixi yaddaşına sadiqdir Millət vəkili

Azərbaycan xalqı öz tarixi yaddaşına sadiqdir Millət vəkili

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində ağır faciə olmaqla yanaşı, eyni zamanda milli iradənin, ləyaqətin və azadlıq əzminin sarsılmazlığını nümayiş etdirən şanlı bir səhifədir. Qanlı Yanvar sovet totalitar rejiminin xalqımıza qarşı törətdiyi ən amansız, insanlıq əleyhinə əvvəlcədən planlaşdırılmış cinayətlərdən biri kimi tarixə düşüb. 1987-ci ildən etibarən azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri fonunda Sovet rəhbərliyi problemi siyasi və hüquqi yollarla həll etmək əvəzinə, silahsız dinc əhaliyə qarşı ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə etməklə kütləvi qırğın törədib".

Bunu  525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib  ki,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən qoşun hissələri qadın, uşaq, qoca demədən günahsız insanları qətlə yetirmiş, Azərbaycan xalqının azadlıq iradəsini qanla boğmağa cəhd göstərib. Nəticədə 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış, yüzlərlə vətəndaş qanunsuz həbs edilmiş, dövlətə və şəxsi mülkiyyətə külli miqdarda ziyan vurulmuşdur. Lakin bütün bu vəhşiliklər xalqımızın iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi və Azərbaycan müstəqilliyinə aparan yolun dönüş nöqtəsinə çevrildi:

"Bu faciəyə ilk siyasi-hüquqi qiyməti verən Ümummilli lider Heydər Əliyev olub. O, ən ağır və təhlükəli şəraitdə xalqın yanında olduğunu nümayiş etdirərək, Sovet rəhbərliyinin cinayətkar mahiyyətini açıq şəkildə ifşa etmiş, 20 Yanvar hadisəsini hüquqa, demokratiyaya və humanizmə zidd olan tarixi cinayət kimi dəyərləndirmişdir. Məhz Ulu Öndərin qətiyyətli mövqeyi sayəsində 1994-cü ildə Milli Məclis səviyyəsində bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində daim uca tutulur. Şəhid ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onlara mənzil, avtomobil, təqaüd və digər sosial təminatların verilməsi dövlətin şəhidlərə və onların ailələrinə olan yüksək ehtiramının bariz nümunəsidir. Hər il yanvarın 20-də ölkə üzrə bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsinin yad edilməsi, dövlət bayraqlarının endirilməsi bu müqəddəs yaddaşın milli şüurda daim yaşadıldığını göstərir.

Bu gün tam əminliklə deyə bilərik ki, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları şaddır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyimiz tam şəkildə bərpa olundu. Bu gün Azərbaycanın üçrəngli Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Azərbaycan xalqı öz tarixi yaddaşına sadiqdir. Qanlı Yanvar faciəsi bizim milli kimliyimizi möhkəmləndirən, azadlıq və suverenlik ideallarımızı daha da gücləndirən şərəfli və unudulmaz bir dərsdir. Bu irs gələcək nəsillərə ötürüləcək və 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri