Icma.az
close
up
RU
Azərbaycan qlobal miqyasda öz mövqeyini daha da möhkəmləndirməkdə davam edir. Millət vəkili

Azərbaycan qlobal miqyasda öz mövqeyini daha da möhkəmləndirməkdə davam edir. Millət vəkili

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Prezident  İlham Əliyevin aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Çexiya arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir. İlk görüşün məhsuldar keçməsi, həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər üzrə geniş fikir mübadiləsinin aparılması tərəflər arasında qarşılıqlı etimadın və strateji baxışların üst-üstə düşdüyünü təsdiqləyir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki,  qtisadi əməkdaşlıq istiqamətində səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir. Ticarət dövriyyəsinin artıq 800 milyon dolları ötərək artım dinamikası nümayiş etdirməsi müsbət göstəricidir. Bununla yanaşı, ticarətin strukturunun daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi ilə bağlı hədəflər gələcək əməkdaşlığın əsas prioritetlərindən biri kimi diqqət çəkir. Çexiyadan gəlmiş geniş iş adamları heyətinin iştirakı ilə keçirilən biznes-forum isə yeni iqtisadi tərəfdaşlıqların qurulmasına real zəmin yaradır:

"Energetika sahəsində əməkdaşlıq Azərbaycan-Çexiya münasibətlərinin aparıcı istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, ölkəmizin etibarlı enerji təchizatçısı kimi qəbul edilməsi bir daha təsdiqlənir. Azərbaycan qazının artıq 16 ölkəyə ixrac olunması, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin bu siyahıda üstünlük təşkil etməsi ölkəmizin enerji diplomatiyasının uğurlu nəticəsidir.

Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələr xüsusi önəm daşıyır. Çexiyanın bu sahədə zəngin təcrübəsi ilə Azərbaycanın artan istehsal potensialının birləşdirilməsi gələcəkdə birgə layihələrin həyata keçirilməsinə və müdafiə sənayesində yeni mərhələnin başlanmasına zəmin yaradır.

Eyni zamanda, hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar münasibətlərin institusional əsaslarının daha da gücləndirilməsinə xidmət edəcək.

Hesab edirəm ki, Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir və qarşıda duran perspektivlər olduqca geniş və ümidvericidir. Azərbaycan bu kimi tərəfdaşlıqlar vasitəsilə həm regionda, həm də qlobal miqyasda öz mövqeyini daha da möhkəmləndirməkdə davam edir".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri