Icma.az
close
up
RU
Azərbaycan fikrini qətiləşdirdi “JF 17 qırıcılarının idxalı artırılacaq

Azərbaycan fikrini qətiləşdirdi “JF 17 qırıcılarının idxalı artırılacaq

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycan “JF-17 Thunder Block III” qırıcılarının sifarişini genişləndirərək Hərbi Hava Qüvvələrini ciddi şəkildə gücləndirməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Əlioğlu xarici mediaya istinadən bildirib.

E.Əlioğlu qeyd edib ki, əvvəlcə Azərbaycan Pakistan və Çin istehsalı olan bu müasir çoxməqsədli təyyarələrdən 16 ədəd almaq üçün müqavilə bağlayıb. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan sonradan fikrində dəyişiklik edib: 

“Lakin təsdiqlənməmiş mənbələr sifarişin 40 qırıcıya qədər artırıla biləcəyini bildirir. Məlumatlara görə, sövdələşmənin ümumi dəyəri 4,2 milyard dollar təşkil edir. “JF-17 Thunder Block III” qırıcılarının alınması ilə bağlı ilkin razılaşma 2024-cü ilin fevralında rəsmiləşdirilib və həmin ilin oktyabrına qədər onların Azərbaycanın Hərbi Hava Qüvvələrinin tərkibinə inteqrasiyası təsdiqlənib. 1,6 milyard dollar dəyərindəki bu müqavilə, “The Defense Post”un yazdığına görə, Azərbaycanın hərbi potensialının, xüsusilə də hava gücünün modernləşdirilməsi yolunda mühüm addım olub”.

E.Əlioğlu bildirib ki, “JF-17” qırıcıları mövcud aviaparkı əvəz etmək üçün deyil, Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə nəzərdə tutulub:

“Azərbaycan tarixən Sovet dövrünə aid “MiQ-29” və “Su-25” kimi qocalmış təyyarələrdən istifadə edib. Bu köhnə platformalar hələ də istifadəyə yararlı olsa da, “JF-17 Block III”un təqdim etdiyi qabaqcıl avionika, silah sistemləri və çoxməqsədlilik imkanlarından məhrumdurlar.

Pakistan Aerokosmik Kompleksi və Çin Xengdü Təyyarə Sənayesi Qrupu tərəfindən hazırlanmış “JF-17”, “F-16” və ya “Eurofighter Typhoon” kimi bahalı Qərb təyyarələrinə nisbətən daha sərfəli alternativdir. Bundan əlavə, təyyarənin Türkiyənin qabaqcıl “hava-hava” raketləri olan “Gökdoğan” və “Bozdoğan” da daxil olmaqla geniş sursat spektri ilə uyğunluğu, onu Azərbaycan üçün daha da cəlbedici edir”.


Xatırladaq ki, “JF-17 Thunder Block III” qırıcıları Pakistan-Hindistan müharibəsində öz üstün keyfiyyətləri ilə seçilib. Pakistan ordusunun Hindistanla hava döyüşündə üstünlük əldə etməsində bu təyyarələrin böyük rolu olub. Məhz “JF-17 Thunder Block III” vasitəsilə Hindistana məxsus olan və Fransa, Rusiya istehsalı olan bir neçə təyyarə məhv edilmişdi. Bu müharibədən sonra “JF-17 Thunder Block III” təyyarələrinə maraq artıb.    

Firuzə Əliyeva
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 May 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri