Icma.az
close
up
RU
Azərbaycan “Franklin Templeton” ilə əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan “Franklin Templeton” ilə əməkdaşlıq imkanlarını araşdırır

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan dünyanın aparıcı aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “Franklin Templeton” ilə əməkdaşlıq və investisiya xidmətləri sahəsində müxtəlif imkanları aktiv şəkildə araşdırır.

Bakıvaxtı.az xəbər verir ki, hazırda “Franklin Templeton” ilə sıx əlaqələr qurulub və mütəmadi danışıqlar aparılır. Əməkdaşlıq perspektivləri və yeni imkanlar Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı şirkətin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə müzakirə edilib.

Bundan əlavə, C. Consonun rəhbərlik etdiyi nümayəndə heyəti ötən ilin 12-15 noyabr tarixlərində Bakıda keçirilən COP29 tədbirlərində iştirak məqsədilə ölkəyə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi ilə bir sıra görüşlər keçirib və əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Cenni Consonu qəbul edib. Görüşdə “Franklin Templeton” şirkətinin ARDNF ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq qurmaq üçün ilkin addımların atıldığı və strateji əməkdaşlığın dərinləşdirilməsi imkanlarının araşdırıldığı vurğulanıb.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-ın Nyu-York şəhərində təsis edilən “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabr ayına olan məlumata əsasən, idarə etdiyi aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. Şirkətlər qrupu səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış müxtəlif biznes qurumlarını əhatə edir.

Şirkətin səhmlərinin 60 %-i Nyu-York Fond Birjasında listinqdədir, qalan 40 %-i isə təsisçi Conson ailəsinə məxsusdur. Conson ailəsinin ümumi şəxsi sərvəti 10,5 milyard ABŞ dolları təşkil edir (“Forbes”, 2 avqust 2024).

Hal-hazırda “Franklin Templeton”un prezidenti və baş icraçı direktoru olan Cenni Consonun 35 illik karyerası ərzində şirkətin qlobal investisiya sahəsində liderlərdən birinə çevrilməsində mühüm rolu olub. 2020-ci ilin fevralında bu vəzifəyə təyin edilməzdən əvvəl şirkətdə müxtəlif rəhbər vəzifələr tutan C. Conson, “Franklin Templeton”un təsisçisi Rupert Consonun nəvəsi olmaqla, şirkətin 1947-ci ildən bəri Conson ailəsindən olan dördüncü rəhbəridir.

Cenni Conson 2022-ci və 2023-cü illərdə “Forbes” jurnalının “Dünyanın 100 ən güclü qadını” və 2022-ci ildə “50 Over 50” siyahılarına daxil edilib. O, ardıcıl beş il ABŞ-nin maliyyə sahəsində nüfuzlu “Barron’s” nəşrinin “ABŞ-da maliyyə üzrə 100 güclü qadın” siyahısında yer alıb.

Cenni Conson, həmçinin, bir sıra nüfuzlu təşkilat və ictimai qurumlarda aktiv iştirak edir. O, Singapur Mərkəzi Bankının Beynəlxalq Məşvərət Panelinin üzvü, Nyu-York Fond Birjasının Məşvərət Şurasının üzvü, Memorial Sloan Ketterinq xərçəng xəstəlikləri fondu və Thermo Fisher Scientific şirkətinin müşahidə şuralarının üzvü kimi fəaliyyət göstərir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri