Icma.az
close
up
RU
1,68 trilyon dollarlıq aktivləri olan şirkət: “Franklin Templeton”

1,68 trilyon dollarlıq aktivləri olan şirkət: “Franklin Templeton”

Icma.az bildirir, Modern.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.

Görüşdə “Franklin Templeton” ilə tərəfdaşlığın strateji əhəmiyyəti qeyd edilib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğu bildirib.

Modern.az AZƏRTAC-a istinadən şirkətlə bağlı qısa arayışı təqdim edir: “1947-ci ildə ABŞ-ın Nyu-York şəhərində təsis edilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton” şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir. Şirkətin səhmlərinin 60 faizi Nyu-York Fond Birjasında listinqdədir, qalan 40 faizi təsisçiləri olan Conson ailəsinə məxsusdur. “Forbes”in ötən ilin avqustuna olan məlumatına əsasən, Conson ailəsinin şəxsi sərvəti 10.5 milyard ABŞ dolları təşkil edir.

Şirkətin rəhbəri xanım Cenni Conson 2022-ci və 2023-cü illərdə "Forbes" jurnalının "Dünyanın 100 ən güclü qadını", 2022-ci ildə isə "50 Over 50" siyahısında yer alıb. Həmçinin ardıcıl 5 il ABŞ-ın maliyyə sahəsində nüfuz "Barron's" nəşrinin "ABŞ-da maliyyə üzrə 100 güclü qadın” siyahısına daxil edilib.

Cenni Conson, eyni zamanda, bir sıra təşkilat və ictimai qurumların müşahidə və məşvərət şuralarında təmsil olunur. Belə ki, o Sinqapur Mərkəzi Bankının Beynəlxalq Məşvərət Panelinin, Nyu-York Fond Birjasının Məşvərət Şurasının, “Memorial Sloan Kettering” xərçəng xəstəlikləri fondunun, “Thermo Fisher Scientific” və digər ictimai təşkilatların müşahidə şuralarının üzvüdür”.

Qeyd edək ki, hazırda “Franklin Templeton” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu arasında qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlığın yaradılması məqsədilə ilkin addımlar atılıb və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları araşdırılır. Bununla əlaqədar şirkət rəhbərliyi ilə sıx münasibətlər qurulub, mütəmadi olaraq danışıqlar və görüşlər keçirilir. Məsələn, Səudiyyə Ərəbistanında şirkətin Baş icraçı direktoru və prezidenti Cenni Consonla görüşdə əməkdaşlıq perspektivləri və müxtəlif imkanlar müzakirə edilib. Eyni zamanda, Cenni Consonun başçılıq etdiyi nümayəndə heyətinin COP29 tədbirlərində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun rəhbərliyi ilə bir sıra görüşləri olub, müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri