Icma.az
close
up
RU
“Franklin Templeton” aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir AZƏRTAC

“Franklin Templeton” aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.

Görüşdə “Franklin Templeton” ilə tərəfdaşlığın strateji əhəmiyyəti qeyd edilib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğu bildirib.

AZƏRTAC şirkətlə bağlı qısa arayışı təqdim edir: “1947-ci ildə ABŞ-ın Nyu-York şəhərində təsis edilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton” şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir. Şirkətin səhmlərinin 60 faizi Nyu-York Fond Birjasında listinqdədir, qalan 40 faizi təsisçiləri olan Conson ailəsinə məxsusdur. “Forbes”in ötən ilin avqustuna olan məlumatına əsasən, Conson ailəsinin şəxsi sərvəti 10.5 milyard ABŞ dolları təşkil edir.

Şirkətin rəhbəri xanım Cenni Conson 2022-ci və 2023-cü illərdə "Forbes" jurnalının "Dünyanın 100 ən güclü qadını", 2022-ci ildə isə "50 Over 50" siyahısında yer alıb. Həmçinin ardıcıl 5 il ABŞ-ın maliyyə sahəsində nüfuz "Barron's" nəşrinin "ABŞ-da maliyyə üzrə 100 güclü qadın” siyahısına daxil edilib.

Cenni Conson, eyni zamanda, bir sıra təşkilat və ictimai qurumların müşahidə və məşvərət şuralarında təmsil olunur. Belə ki, o Sinqapur Mərkəzi Bankının Beynəlxalq Məşvərət Panelinin, Nyu-York Fond Birjasının Məşvərət Şurasının, “Memorial Sloan Kettering” xərçəng xəstəlikləri fondunun, “Thermo Fisher Scientific” və digər ictimai təşkilatların müşahidə şuralarının üzvüdür”.

Qeyd edək ki, hazırda “Franklin Templeton” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu arasında qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlığın yaradılması məqsədilə ilkin addımlar atılıb və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları araşdırılır. Bununla əlaqədar şirkət rəhbərliyi ilə sıx münasibətlər qurulub, mütəmadi olaraq danışıqlar və görüşlər keçirilir. Məsələn, Səudiyyə Ərəbistanında şirkətin Baş icraçı direktoru və prezidenti Cenni Consonla görüşdə əməkdaşlıq perspektivləri və müxtəlif imkanlar müzakirə edilib. Eyni zamanda, Cenni Consonun başçılıq etdiyi nümayəndə heyətinin COP29 tədbirlərində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun rəhbərliyi ilə bir sıra görüşləri olub, müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri