Icma.az
close
up
RU
Azərbaycan Fransa matçının hakimi Ermənistan Kubokunun finalını idarə edib

Azərbaycan Fransa matçının hakimi Ermənistan Kubokunun finalını idarə edib

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Bakıdakı Azərbaycan - Fransa qarşılaşmasına təyinat alan hakimlər briqadası əvvəllər Ermənistan Kubokunun final oyununu idarə edib.

İdman.Biz-in məlumatına görə, qarşıdakı görüşü latviyalı hakim Andris Treymanisin başçılıq etdiyi briqada idarə edəcək. Ona yan xətt hakimləri Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər.

Maraqlıdır ki, eyni briqada 13 may 2023-cü ildə İrəvanda keçirilən Ermənistan Kubokunun finalı - “Şirak” və “Urartu” arasındakı oyun da daxil olmaqla həmin matçda da iş başında olub.

Latviyalı hakimlər Ermənistan yığmasının oyunlarını da idarə ediblər. Treymanis daha əvvəl Ermənistan - Rumıniya (3:2, 31 mart 2021, DÇ-2022-nin seçmə mərhələsi), Ermənistan - Monteneqro (1:0, 24 mart 2022, yoldaşlıq oyunu), həmçinin Ermənistan U21 - Andorra U21 (4:1, U21 Avropa çempionatının seçmə mərhələsi) matçlarında işləyib.

Treymanis Azərbaycan futbolu ilə də yaxşı tanışdır. O, Almaniya - Azərbaycan (5:1, 8 oktyabr 2017, DÇ-2018-in seçmə mərhələsi), Azərbaycan - Belarus (0:1, 23 mart 2018, yoldaşlıq oyunu), eləcə də Çempionlar Liqasının təsnifat mərhələsində keçirilən BATE - “Qarabağ” (1:1, 14 avqust 2018) görüşlərində ədalət dağıdıb.

Hakim həmçinin gənclərdən ibarət komandaların matçlarında da çalışıb: Azərbaycan U21 - İsrail U21 (3:0, U21 Avropa çempionatının seçmə mərhələsi), Azərbaycan U17 - Ukrayna U17 (0:0) və Xorvatiya U17 - Azərbaycan U17 (2:1, U17 Avropa çempionatının seçmə mərhələsi) oyunları da onun idarəçiliyi ilə keçirilib.

Onun Fransa ilə bağlı təcrübəsi də bir o qədər genişdir. Treymanis daha əvvəl Lüksemburq - Fransa (1:3, 25 mart 2017, DÇ-2018-in seçmə mərhələsi) matçını, eləcə də müxtəlif gənclər yığmalarının iştirak etdiyi oyunları, o cümlədən Ukrayna U19 – Fransa U19 (1:3, U19 Avropa çempionatının final mərhələsi, 2015) görüşünü idarə edib. Bundan başqa, latviyalı hakimlər avrokuboklarda Fransa klublarının iştirakı ilə keçirilən matçlarda da ədalət təmsilçisi olublar.

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri