"Mən təlxək deyiləm!"
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Çelsi”nin sabiq baş məşqçisi Liam Rosenyor London klubundakı qısa fəaliyyəti və istefaya göndərilməsi ilə bağlı danışıb. O, xüsusilə mediada hədəfə çevrilməsindən narazılığını ifadə edib.
QOL.az xəbər verir ki, mütəxəssis "FourFourTwo"ya açıqlamasında “Çelsi”dəki dövrünü həm ən yaxşı, həm də ən çətin təcrübəsi kimi xarakterizə edib:
“Bu, həyatımın həm ən yaxşı, həm də ən çətin təcrübəsi idi. Hər şey möhtəşəm idi, baxmayaraq ki, cəmi dörd ay davam etdi”.
Rosenyor komandanın ardıcıl beş qələbəsindən sonra mediada tənqidlərin artdığını bildirib. Onun sözlərinə görə, PSJ ilə oyunda futbolçusu Aleksandro Qarnaçoya kağız üzərində verdiyi taktiki göstərişlər, geyimi və danışıq tərzi belə məsxərə obyektinə çevrilib:
“Məni ən çox narahat edən bu idi. Geyimim də, danışıq tərzim də zarafat mövzusuna çevrilmişdi. Mən təlxək deyiləm!”
Qeyd edək ki, Rosenyor 2026-cı ilin yanvarında “Strasburq”dan “Çelsi”yə keçib. London klubunda cəmi 23 oyuna çıxan mütəxəssis apreldə vəzifəsindən ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 05 Noyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















