Azərbaycan Fransa münasibətləri Emmanuel Makronun dövründə iflasa uğradı Tural Gəncəliyev
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın müstəqillik dövründə qüdrəti artdıqca fransız siyasətçilər bundan hiddətlənirdi.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, 2017-ci ildən etibarən Emmanuel Makron Azərbaycana qarşı açıq siyasət apararaq, münasibətlərin gərginləşməsinə səbəb olub.
"Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolunu bir neçə perioda ayıra bilərik. Birinci period SSRİ-nin süqutu dövrünə təsadüf edir. Bu dövrdə Fransa neytral mövqeyini qoruyub saxlamağa çalışırdı. Lakin Azərbaycanın qüdrəti artdıqca, vəziyyət də dəyişməyə başladı. Bu, fransız siyasətçilərdə hiddət yaratmağa başladı. 2003-cü ildən sonra bu özünü açıq şəkildə göstərməyə başladı",- deputat qeyd edib.
O, həmçinin Emmanuel Makronun prezidentlik dövründə Azərbaycan-Fransa arasında münasibətlərin inkişafının iflasa uğradığını vurğulayıb: "Onun hakimiyyəti dövründə, Fransa Ermənistana açıq dəstək nümayiş etdirməyə başladı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 31 Yanvar 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















