Icma.az
close
up
RU
Tural Gəncəliyev: “Azərbaycan diplomatiyasının nəbzi Qarabağda vurur”

Tural Gəncəliyev: “Azərbaycan diplomatiyasının nəbzi Qarabağda vurur”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. 

2023-cü ilin 19-20 sentyabrında şanlı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə separatçılardan təmizləndi. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış zəfərin davamı və nəticəsi kimi tarixə düşdü. 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin 20 sentyabrı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Ümumiyyətlə, bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canı və qanı bahasına başa gəlib. 

Bu günün təsis edilməsi həm də Ermənistanın və qondarma “Dağlıq Qarabağ”ın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərksilah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır. Dövlətimizin başçısı 2023-cü ilin 15 oktyabrında Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldarkən bunun tarixi gün olduğunu vurğulamışdı: 

“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. 

O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. 

Beləliklə, artıq  Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə şanlı Azərbaycan Bayrağı dalğalanır. Böyük qürurla həmin şəhərlərin işğaldan azad olunma günlərini qeyd edirik. 

Milli Məclisin deputatı Tural Gəncəliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, 2023-cü il 19-20 sentyabr tarixində antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suvenliyi tam bərpa olundu: 

“Nəticədə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi Qarabağımızın əzəli və möhtəşəm şəhərləri işğaldan azad edildi. Bunun üzərindən çox qısa müddət keçməsinə baxmayaraq, həmin ərazilərdə intensiv şəkildə bərpa-quruculuq-bərpa işləri aparılır. 

Adıçəkilən şəhərlərin yenidən bərpa edilməsi ilə Qarabağ təkcə Azərbaycanın deyil, hətta bütün dünyanın ən cəlbedici məkanlarından birinə çevrilir. 2 il ərzində belə yüksək səviyyəli işlər görmək hər birimizi sevindirir. Xankəndi, Xocalı, Ağdərə və Xocavənd kimi şəhərlərimizin hər biri bərpa olunur, qurulur, tarixi yaddaşı özlərinə qaytarılır və erməni işğalının izləri tamamilə silinir”. 

Millət vəkili qeyd edib ki, Xankəndi Qarabağın ən böyük şəhəridir: 

“Həmçinin, mənim də millət vəkili olaraq təmsil etdiyim şəhərdir. Orada görülən işlər göz oxşayır və bütün insanları məmnun edir. Xankəndi Qarabağın böyük şəhəri olmaqla yanaşı, iqtisadi, sənaye və turizm potensialı ilə də diqqəti cəlb edir. 

Qarabağ Universiteti də Xankəndidə fəaliyyətə başlayıb, yüzlərlə tələbə orada gedib oxuyacaq. Xankəndidə həm də beynəlxalq və yerli tədbirlər, konfranslar, idman yarışları keçiriləcək. Bütün bunlar şəhərin qısa zamanda necə inkişaf etdiyini göstərir”. 

Həmsöhbətimiz onu da əlavə edib ki, 30 il ərzində Xocalı soyqırımını Xocalı torpaqlarından kənarda anırdıq: 

“Ancaq bu gün Azərbaycan Ordusu və xalqı anım günlərini Xocalıda keçirir. Şəhidlərimizin qisasını aldıq, amma tarixi yaddaşımızı, anım günümüzü də əbədi olaraq xatırlayacağıq. Yenə də qeyd etmək lazımdır ki, çox qısa müddətdə Qarabağda çox böyük işlər görülüb. Yollar, tikintilər, körpülər salınıb. 

Binalar, otellər, iş yerləri tikilib. Artıq 20 minə yaxın keçmiş məcbur köçkünün Qarabağa və Şərqi Zəngəzura qayıdışı təmin olunub. Yəni Böyük Qayıdış proqramı uğurla davam etdirilir. Bundan başqa, artıq Azərbaycana gələn dünya liderləri ilə beynəlxalq görüşlər də Qarabağda, Şərqi Zəngəzurda keçirilir. 

Hətta bu gün Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzulidə qarşıladı. Bu, onu göstərir ki, Azərbaycan diplomatiyasının nəbzi Qarabağda vurur. Cənab Prezident Qarabağın inkişafı və ora beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və investisiyaların cəlb edilməsi üçün xarici qonaqlarla yüksək səviyyəli görüşlərini işğaldan azad olunmuş ərazilərimizə salır”. 

Tural Gəncəliyev onu da əlavə edib ki, Azərbaycan son 2 ildə bəlkə də 200 il ərzində beynəlxalq güclərin və böyük dövlətlərin edə bilmədiyini bacarıb: 

“İkinci Dünya müharibəsindən sonra Avropanın düşdüyü vəziyyəti, dağıntıları, tələfatı və insanların rəzil gününə düşməsini xatırlayaq. Müharibənin ağır nəticələrinin 10 illər ərzində davam etmişdi. Lakin çox qısa müddət ərzində yenidənqurma işlərinə başladıq. 

Təkcə Ağdam şəhərini xatırlamaq belə bəs edir. Şəhər yer üzündən tamamilə silinmişdi, sanki ora bir nüvə başlıqlı raket atılmışdı. Ancaq biz yer üzündən silinmiş şəhəri qısa bir zamanda bərpa etdik. Qarabağın əsl sahibləri olaraq Azərbaycan xalqı və Azərbaycan dövləti bütün dünyaya göstərir ki, əsl torpaq sahibləri nə etməyə qadirdir, nələri edir və necə edir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Xankəndi Xocalı Xocavənd Ağdərə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri