Azərbaycan Fransa şirkəti ilə karbonsuzlaşma üzrə əməkdaşlığı müzakirə edib
Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Fransanın “Schneider Electric” şirkəti arasında karbonsuzlaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq müzakirə olunub.
"Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində “Schneider Electric”in beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Maniş Pant ilə görüşüdə aparılıb.
Görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin, “yaşıl enerji” təhlükəsizliyi tədbirləri, “yaşıl keçid” layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Noyabr 2024 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















