“Azərbaycan futbol tarixində ən ləzzətli oyunlardan biri idi” Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının dördüncü turu çərçivəsində İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesabı ilə bərabərliyə razılaşıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin Prezidenti Tahir Gözəl matçdan sonra açıqlama verib:
“Biz 2 gün sonra Zəfər bayramını qeyd edəcəyik və dünya liderləri Azərbaycana gələcək. Bu gün “Qarabağ” sübut etdi ki, Azərbaycan xalqı cəsarətli xalqdır. Gördünüz nə qədər rahat oynadıq? İkinci qolu bizə hücumda vurdular. Çox böyük fəxr hissi var məndə. Çox sürətli oyun idi. Zənnimcə, Azərbaycan futbol tarixində ən gözəl, ən ləzzətli oyunlardan biri idi. “Qarabağ” sübut etdi ki, “Çelsi” kimi dünya çempionu bir klubla çox rahat bacarır. Bizim bu gün udmaq şansımız var idi. Təsadüfi deyil qazanclarımız.
Bu gün biz artıq daha da ümidlənirik ki, bir zəfər daha olsa, ilk 24-ə düşmək şansımız olacaq. Lap 1 qalibiyyət, yaxud bərabərliyimiz olsa da, keçə biləcəyik. Mən bu qalibiyyətə görə xalqımızı, azarkeşlərimizi və ölkə Prezidentini ürəkdən təbrik edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Noyabr 2025 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















