İlk oyunlardan sonra ən çox əmsalı Azərbaycan toplayıb UEFA reytinqi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA-nın Avropa kubokları uğrunda yarışında birinci təsnifat mərhələsinin ilk matçları başa çatıb.
QOL.az-ın xəbərinə görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına bu mərhələdən qoşulan ölkələrdən yalnız 28-si əmsal yığa bilib. Maraqlıdır ki, hazırda bu sıralamada ilk pilləni Azərbaycan tutur.
Ölkəmizin üç klubu - “Sabah” (Çempionlar Liqası), “Qarabağ” (Avropa Liqası) və “Zirə” (Konfrans Liqası) keçirdiyi ilk matçlarında qalib gəlməklə ölkə reytinqinə ümumən 0,750 xal yazdırıb. Qonşu Gürcüstan da eyni əmsal toplayıb və ikinci yeri tutur. Amma Azərbaycandan fərqli olaraq, gürcülər birinci mərhələyə 3 deyil, 4 klubla qatılıb və onlardan biri - Kutaisi “Torpedo”su ilk matçında məhz bizim “Zirə”yə məğlub olub (0:3).
Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi olan “Neftçi” isə mübarizəyə ikinci mərhələdən başlayacaq.
Əlbəttə, növbəti mərhələlərdə, ən geci Liqa mərhələsində Azərbaycanın lider mövqeyini itirəcəyi şübhə doğurmur. Çünki daha güclü ölkələrin komandaları hələ mübarizəyə başlamayıblar. Müqayisə üçün qeyd edək ki, 2025/26 mövsümünün yekun reytinqində Azərbaycan 5,812 əmsalla 21-ci yeri tutub.
İngiltərə və İspaniya isə ilk iki pilləni birinci-ikinci yerdə başa vurduğu üçün Çempionlar Liqasının Liqa mərhələsində əlavə bir yer də qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 İyul 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















