“Azərbaycan futbolu qara günlərindən birini yaşadı” Komitə sədri
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
“Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı. Artıq 30 ilə yaxındır ki, bu hissləri yaşamağa məcburuq”.
Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
“Nəyə görə hər dəfə böyük hesablı məğlubiyyətləri görürük? Yaxşı olardı ki, futbol federasiyamız bu məsələyə xüsusi diqqət etsin. Məsələnin digər təhlükəli tərəfi ondan ibarətdir ki, aşağı yaş qrupu olan komandaların nəticələrinin də ürəkaçan olmadığının şahidi oluruq. Hər bir idmançının üzərində daşıdığı formaya böyük məsuliyyəti var”, – deyə komitə sədri bildirib.
Qeyd edək ki, ötən gün futbol üzrə Azərbaycan yığması İsveç millisinə 6:0 hesabı ilə məğlub olub.
Baxış sayı:57
Bu xəbər 20 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















