Icma.az
close
up
RU
Azərbaycan futbolunda yeni ad “Murov Kəlbəcər”

Azərbaycan futbolunda yeni ad “Murov Kəlbəcər”

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyinin layihəsi

Kəlbəcər deyəndə insanın fikrində ilk olaraq ecazkar təbiət canlanır. Zəngin flora və faunası, təbii sərvətləri ilə seçilən Azərbaycanın bu diyarında böyük futbol ənənəsi isə əvvəlki illərdə olmayıb. Ərazisinə görə ölkəmizin ən böyük rayonu olan Kəlbəcərin 27 il erməni işğalı altında olması da bu məsələyə təsirsiz ötüşməyib.

Bu ilin aprel ayında Kəlbəcəri təmsil edən bir futbol klubu yaradılıb. Adı isə “Murov Kəlbəcər”dir. Bu mövsümdən Region Liqasında yarışan komanda artıq iki oyun keçirib. İlk görüşdə “Bakı TFK” ilə qarşılaşan Kəlbəcər təmsilçisi 9:1 hesabı ilə qalib gəlib, ikinci görüşdə isə “Beyləqan”la heç-heçə edib – 1:1.

Klubun təsisçisi İlqar Məmmədovdur. O, Buzovna qəsəbəsindəki 125 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır. Onunla yeni yaranan klub və qarşıdakı hədəfləri ilə bağlı danışdıq:

“Ümumiyyətlə, Kəlbəcərdə böyük futbol olmayıb. Yəni AFFA-nın bayrağı altında iştirak edən ilk komandayıq. Bir neçə il əvvəl Gəncədə yaradılan klub isə uşaq futboluna xidmət edirdi.

Ətrafımda 3-4 nəfər keçmiş futbolçular var idi. Belə bir qərara gəldik ki, Kəlbəcərin yeni futbol komandasını yaradaq. Şükürlər olsun ki, məqsədimizə çatdıq. AFFA bizə Region Liqasında iştirak etmək üçün icarə verdi. Nəticə, oyun baxımından hələ ki, komandanın durumu yaxşıdır. Baş məşqçimiz Orxan Babayevdir. Vaxtilə “Neftçi”, “Kəpəz”, MOİK-də oynayıb. C kateqoriyalı məşqçidir. Mövsümə 3 xalla başladıq. Özü də 9 qolla qalib gəldik. Bizim də məqsədimiz yaxşı start götürmək idi”.

İ.Məmmədov klubun ad seçimi ilə bağlı da danışıb. O, burada həssas bir məqam olduğunu qeyd edib: “Bildiyiniz kimi, Murovdağ Azərbaycanın Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Ağdərə rayonlarını əhatə edir. Komandamızın adının əvvəlində Murov sözünün olması heç də təsadüfi deyil. 2-ci Qarabağ müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli döyüşlərdən biri Murovdağ döyüşləri olub. Bu döyüşlər nəticəsində Azərbaycan Ordusunun 200-dən çox hərbi qulluqçusu şəhid olub. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün komandamızın adını "Murov Kəlbəcər" qoyduq.

Həmsöhbətimiz komandanın maddi dəstəyə ehtiyacı olduğunu da əlavə edib: “Maliyyə baxımından bir az çətinliklərimiz var. Komandanı öz gücümüzə saxlayırıq. Formaları, topları, müəyyən invertarları özümüz almışıq. Hələ ki, maddi dəstək göstərmək istəyən yoxdur. Ola bilər ki, o qədər də tanımırlar. Çünki cəmi 6 aydır fəaliyyət göstəririk. İcra başçısına, millət vəkilinə yazmışıq, cavab gəlməyib”.

Stadionla bağlı çətinlik yaşadıqlarını deyən İlqar Məmmədov gələcəkdə akademiya kimi də fəaliyyət göstərmək məqsədlərinin olduğunu da bildirib: “Komanda ev oyunlarını Şirvan Olimpiya Kompleksində keçirir. Amma məşqlərimiz Bakıda olur. Bakıda stadion tapmaq çətindir. Bəzi stadionlar təmirdədir. Ona görə də digər komandalar kimi regionlara üz tutduq.

Gələcək planlarımız odur ki, akademiya kimi də fəaliyyət göstərək, uşaq futboluna diqqət ayıraq. 2-ci, daha sonra 1-ci liqaya yüksəlmək istəyirik. Yəni mərhələli şəkildə irəliləməyi hədəfləyirik. Düzdür, əvvəlcə aşağıdan başlamaq lazımdır, amma biz birbaşa böyüklərdən ibarət komanda yaratdıq. Biz belə etdik ki, əvvəlcə bu komandanı tanısınlar. Sonra isə AFFA-nın aşağı yaş qrupu üzrə liqalarında iştirak etmək istəyirik”.

“Murov Kəlbəcər”də üç əcnəbi oyunçu da var: “Liberiya, Sudan və Belarusdan olan oyunçularımız var. Onlar Azərbaycanda tələbədir. Region Liqasının əsasnaməsində yazılıb ki, əcnəbi futbolçular çempionatda oynaya bilmək üçün ya 4 il Azərbaycanda yaşamalıdır, ya da tələbə olmalıdır. Bunlar hər üçü tələbədir. Bu yay Azərbaycanda keçirilən minifutbol üzrə dünya çempionatından sonra bir neçə əcnəbi futbolçu Bakıda qalıb işlədi. Biz Qana millisinin 5-6 futbolçusunu komandaya cəlb etdik, amma müqavilə bağlaya bilmədik. Çünki Azərbaycana yeni gəlmişdilər və tələbə deyildilər. Amma heyətimiz pis deyil. Vaxtilə 1-ci və 2-ci liqada oynayan futbolçuları komandamıza cəlb etmişik”.

İ.Məmmədov qeyd edib ki, 2-ci liqaya vəsiqə qazansalar, ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirmək istəyirlər: “Fikrimiz var ki, bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edək. Çünki Kəlbəcərdə stadionun hazır olması yaxın 1-2 ilin işi deyil. Xankəndidəki stadion isə çox ideal formadadır. III MDB oyunları da orada keçirildi. “Xankəndi” klubu da ev oyunlarını orada keçirəcək. Biz də Qarabağı təmsil edirik. Məqsədimiz ev oyunlarımızı Xankəndidə keçirməkdir. Amma təbii ki, Kəlbəcərdə oynamağı daha çox istəyirik. Orada futbolun olması hamımızı sevindirər”.

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri