Icma.az
close
up
RU
“Azərbaycan futbolunda yerli futbolçu və məşqçilərə qarşı əsl soyqırım baş verir” Tərlan Əhmədovun ə MÜSAHİBƏSİ

“Azərbaycan futbolunda yerli futbolçu və məşqçilərə qarşı əsl soyqırım baş verir” Tərlan Əhmədovun ə MÜSAHİBƏSİ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda isə məşqçi kimi tanınan Tərlan Əhmədov həmişə birbaşa və kəskin fikirləri ilə seçilib.

O, öz dövrünün ən güclü yerli futbolçularından biri olub, hazırda isə yerli mütəxəssislər arasında ən bacarıqlı məşqçilərdən sayılır. Buna baxmayaraq, Tərlan müəllim hazırda işsizdir.

Mütəxəssis İdman.Biz-lə söhbətində uzunmüddətli fasilənin səbəbləri və Azərbaycan futbolçularının durumundan danışıb.

-Hazırda niyə heç bir klubda çalışmırsınız?

-Bu sualı daha yaxşı klub rəhbərlərinə vermək lazımdır. Çoxları deyir ki, mən “çətin adamam”, ona görə də mənimlə işləmək istəmirlər. Olsun, çətin adamam. Bəs o zaman niyə Nazim Süleymanov, Mahmud Qurbanov, Arif Əsədov, Samir Ələkbərov, Vidadi Rzayev kimi mütəxəssislər də işsizdir? Onlar da “çətin adamdır”? Məncə, bunlar sadəcə bəhanədir ki, futbolu içdən bilən mütəxəssisləri işə buraxmasınlar. Necə ki, legioner limitinin ləğvi yerli futbolçulara işləməyə imkan vermirsə, eyni hal məşqçilər arasında da müşahidə olunur - yerli kadrlar dəyərsizləşdirilir.

-Limitin ləğvi demişkən… Şahruddin Məhəmmədəliyev də bu məsələyə toxunub. Siz isə həmişə limitin ləğvinin əleyhinə olmuşdunuz.

-Tamamilə doğrudur. Mən açıq şəkildə limitin ləğvinə qarşı çıxan ilk adamlardan idim. Limit nəyə lazım idi? Hər oyunda ən azı beş yerli futbolçu, azərbaycanlı futbol məktəbinin yetirmələri oynasın, meydanda mütləq azı bir gənc oyunçu olsun - həm klubun, həm də millinin gələcəyi üçün. Mən ləğvə qarşı çıxdım, amma məni heç kim dəstəkləmədi - nə jurnalistlər, nə futbolçular.

-Bəs Məhəmmədəliyev niyə indi limitin ləğvinə qarşı danışır?

-Çünki o da başa düşdü ki, məsələ ona da toxundu - özü də artıq əsas heyətin oyunçusu deyil. Vəziyyət paradoksal şəkil alıb: futbolçular klublarında oynamır, amma milli komandada meydana çıxırlar. Bu, harada mümkündür, Azərbaycandan başqa? Niyə belə olur? Çünki milli komandanın baş məşqçisinin seçmək üçün futbolçusu yoxdur. Limit ləğv olunandan sonra klublar kütləvi şəkildə legioner almağa başladılar. Bütün 12 klub!

Bəs bunun onlara nə xeyri oldu? Kimi aldılar? “Qarabağ” istisna olmaqla, hamısı ucuz legionerlərlə doldular. Onları da öz pulları ilə yox, AFFA-nın hesabına - dövlətin ayırdığı büdcə ilə alırlar. Nəticədə “Qarabağ”dan başqa bütün klublarımız avrokuboklardan hələ ilk mərhələlərdə kənarlaşır. “Qarabağ”ın heyəti bir az güclüdür, amma orada da əsas heyətdə iki-üç yerli futbolçu oynayır, halbuki akademiyası 15 ildir fəaliyyət göstərir. Hardadır akademiyanın yetirmələri? Heç olmasa başqa klubların əsas heyətinə düşən varmı?

-Bəs niyə bütün klublar legioner almağa başladı? Yerli futbolçular daha ucuz olmazdımı?

-Bu sualı klub rəhbərlərinə verin. Qoy izah etsinlər ki, niyə sovet dövründə oynayanların ardınca layiqli nəsil gəlmir? Niyə yeni Nazim Süleymanovlar, Vəli Qasımovlar yetişmir? Niyə Ukraynada, Özbəkistanda, Gürcüstanda, Ermənistanda beynəlxalq səviyyəli futbolçular meydana çıxır, bizdə isə yox? Niyə əvvəllər nəsillərarası ardıcıllıq var idi, son 20 ildə isə tamamilə itib?

-Bütün bunların səbəbi limitin ləğvindədirmi? Axı limit yaxınlarda ləğv olunub…

-Səbəb klub rəhbərlərinin Azərbaycan futbolunun gələcəyinə biganəliyindədir. Premyer Liqada hər klubun öz akademiyası var. Və nə olsun? Hardadır onların yetirmələri? Dediyim kimi, “Qarabağ”ın da akademiyası var. Mənə “Sabah”, “Neftçi”, “Zirə” kimi klubların yetirmələrini göstərin - avrokuboklardan biabırçı şəkildə kənarlaşan klubların. Normal işləyən yeganə akademiyalar “Bakı” və “Qəbələ” idi, onlar da artıq yoxdur. Nəticədə müxtəlif yaş qrupları üzrə yığmalar üçün futbolçu tapılmır - milli komandada öz klubunun əsas heyətinə düşməyənlər oynayır. Baş məşqçinin seçimi yoxdur.

Yaxşı, limit ləğv olundu. Bəs əvəzində nə təklif edildi? Məsələn, klubları daha çox yerli gənclərdən istifadə etməyə stimullaşdırmaq olardı - heç olmasa aşağı yaş yığmaları üçün futbolçu yetişdirilərdi. İndi isə yerli futbolçu və məşqçilərə qarşı həqiqi “soyqırımı” gedir - onların sayı getdikcə azalır. Bütün bunlar isə klublarını inkişaf etdirmək əvəzinə yalnız şəxsi gələcəyi barədə düşünən müəyyən şəxslərin maraqlarına xidmət edir.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri