Icma.az
close
up
RU
“Azərbaycan himnini bura gəlməmişdən əvvəl öyrənmişdim” Oyan Nəzərianinin ə MÜSAHİBƏSİ

“Azərbaycan himnini bura gəlməmişdən əvvəl öyrənmişdim” Oyan Nəzərianinin ə MÜSAHİBƏSİ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Sərbəst, yunan-Roma və qadın güləşi - Azərbaycanda yaxşı tanınan və populyar idman növləridir. Amma bir də az tanınan, lakin sürətlə inkişaf edən daha bir növ var - çimərlik güləşi. İdmançılarımız bu sahədə artıq təsirli uğurlar qazanıblar, ən müxtəlif yaş kateqoriyalarında və ən yüksək səviyyəli yarışlarda mütəmadi olaraq qalib gəlirlər.

Bu uğurun əsas memarlarından biri Azərbaycan çimərlik güləşi yığmasının baş məşqçisi Oyan Nəzərianidir.

İdman.biz Oyan Nəzəriani ilə əlaqə saxlayaraq, ona bir neçə sual ünvanlayıb.

- Oyan, Azərbaycana necə gəldiniz?

- Mən Azərbaycana “gəlməmişəm”, mən Azərbaycanda doğulmuşam - sadəcə, Araz çayının o biri tərəfində. Mən azərbaycanlıyam və İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində anadan olmuşam. Yəni demək olar ki, sadəcə bir Azərbaycandan digərinə - uşaqlıqdan arzuladığım Azərbaycana köç etmişəm. Hələ uşaq olanda Azərbaycanın himnini öyrənmişdim, çünki hər səhər AzTV-də onu səsləndirirdilər. Bura gələndə milli komandaya düşdüyüm üçün - əvvəl sərbəst, sonra isə yunan-Roma güləşi üzrə - inanılmaz dərəcədə xoşbəxt idim.

- Yəni çimərlik güləşi ilə dərhal məşğul olmağa başlamamısınız?

- Tam olaraq elə deyil. Mən bu növlə paralel şəkildə məşğul olurdum. Elə həmin il ki, həm yunan-Roma, həm də sərbəst güləş üzrə Azərbaycan çempionu oldum, çimərlik güləşi üzrə də dünya çempionu titulunu qazandım.

- Bəs niyə idman karyeranızı bu qədər erkən bitirdiniz?

- Azərbaycan Güləş Federasiyası ölkədə çimərlik güləşinin inkişafı ilə məşğul olmağı mənə təklif etdi, çünki bu istiqamətdə böyük potensial görürdülər. Mən razılaşdım, baxmayaraq ki, əvvəlcə karyeramı bitirməyi düşünmürdüm.

2019-cu ildə, dediyim kimi, iki növ üzrə ölkə çempionatlarını qazandım. Amma sonra pandemiya başladı – idman formam itdi, motivasiyam azaldı və 26 yaşımda məşqçi kimi fəaliyyətə yönəlməyə qərar verdim.

- Çimərlik güləşi digər güləş növlərindən prinsipcə nə ilə fərqlənir?

- Çimərlik güləşi sərbəst güləşə daha yaxındır - burada da ayaqdan tutmağa icazə verilir. Amma bir vacib qayda var: diz, dirsək və ya başla quma toxunmaq olmaz, əks halda rəqibə xal verilir. Görüş cəmi üç dəqiqə davam edir - tək hissədir, fasilə olmadan.

- Çimərlik güləşi hələ ki, nə Avropa, nə də İslam oyunlarına daxil edilib. Onun olimpiya gələcəyi varmı?

- Bizim növ artıq Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil olunur və bu, çox şeyi ifadə edir. Açığı, mən çimərlik güləşinin 2036-cı ildən əvvəl Yay Olimpiya Oyunlarının proqramına daxil ediləcəyini gözləmirəm, amma əminəm ki, bu, gec-tez mütləq baş verəcək!

- Bu əminlik nəyə əsaslanır?

- Birincisi, çimərlik güləşində gender bərabərliyi təmin olunub: yarışlarda həm kişilər, həm də qadınlar iştirak edir. Bu, Beynəlxalq Olimpiya Komitəsinin dəyərlərinə tam uyğundur.

İkincisi, bu idman növü hər kəs üçün əlçatandır, böyük xərclər tələb etmir. Xüsusilə isti ölkələrdə, demək olar ki, il boyu məşq etmək mümkündür. Geyim də da sadədir - şort kifayətdir.

- Çimərlik güləşi üçün xüsusi qum lazımdırmı?

- Bəli, lazımdır. Amma, məsələn, bizdə Azərbaycan Güləş Federasiyasının bazasında, həmçinin çimərlik futbolu və voleybolu meydançalarında bu şərait mövcuddur. Bundan başqa, yayda tez-tez Abşeron çimərliklərində məşq edirik, oradakı adi qum da tam yararlıdır.

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri