Azərbaycan futbolunun üçüncüləri SİYAHI
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Premyer Liqasını araşdırdığımız rubrikamıza davam edirik.
Daha öncə liqamızın çempionlarına və ikincilərinə nəzər salmışdıq. Bu seriyanın sonuncu buraxılışında isə üçüncülərimizi xatırlayacağıq.
“Cebheinfo.az”-ın araşdırmasına əsasən, Azərbaycan Premyer Liqasında ən çox üçüncü olan klub 6 dəfə ilə “Neftçi”dir. Onu 4 dəfə ilə “İnter” izləyir. “Qəbələ” və “Qarabağ” 3, “Turan Tovuz” və “Kəpəz” isə 2 dəfə bürünc medala sahib olublar. “Xəzri Buzovna”, “Şəmkir”, “Viləş Masallı”, “Karvan”, “Bakı”, “Simurq”, “Səbail”, “Sumqayıt”, “Zirə”, “Sabah” və “Araz Naxçıvan” da 1 dəfə mövsümü 3-cü sırada başa vurub.
Mövsümlərə görə isə ümumi siyahı isə belədir:
• “Turan Tovuz” – 1992
• “Turan Tovuz” – 1993
• “Kəpəz” – 1993-1994
• “Neftçi” – 1994-1995
• “Kəpəz” – 1995-1996
• “Xəzri Buzovna” – 1996-1997
• “Şəmkir” – 1997-1998
• “Neftçi” – 1998-1999
• “Neftçi” – 1999-2000
• “Viləş Masallı” – 2000-2001
• “Qarabağ” – 2003-2004
• “Karvan” – 2004-2005
• “Neftçi” – 2005-2006
• “Bakı” – 2006-2007
• “Neftçi” – 2007-2008
• “Simurq” – 2008-2009
• “Qarabağ” – 2009-2010
• “Qarabağ” – 2010-2011
• “İnter” – 2011-2012
• “İnter” – 2012-2013
• “Qəbələ” – 2013-2014
• “Qəbələ” – 2014-2015
• “Qəbələ” – 2015-2016
• “İnter” – 2016-2017
• “Neftçi” – 2017-2018
• “Səbail” – 2018-2019
• “Keşlə” – 2019-2020
• “Sumqayıt” – 2020-2021
• “Zirə” – 2021-2022
• “Neftçi” – 2022-2023
• “Sabah” – 2023-2024
• “Araz Naxçıvan” – 2024-2025.
Elmir Mustafa
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Avqust 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















