DİN: APA Group un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.
Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Qeyd edək ki, ötən gecə "APA Group"un əməkdaşı Sənan Bəhrəmli Nizami rayonu ərazisindəki taxta bazarında baş vermiş yanğının işıqlandırılması üçün hadisə yerinə ezam olunub. Hadisə yerində özünü ərazinin mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov əməkdaşımıza xəsarət yetirib və şirkətin texniki avadanlığına zərər vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















