Icma.az
close
up
RU
Azərbaycan gəncinin idman siyasətinə olan münasibəti

Azərbaycan gəncinin idman siyasətinə olan münasibəti

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır – vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.”  Bu fikirləri cənab Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında səsləndirib.  Ölkə başçısı nitqində Müstəqil Azərbaycanın idman tarixinin səhifələrini vərəqləyərək onun keçmişinə, bu gününə və gələcəyinə nəzər salmış, idmanımız üçün dönüş nöqtəsi olan 1996-cı ili belə xatırlamışdır: “Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, bu məqsədi daşıyırdı ki, biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.”Doğrudan da, danılmaz bir faktdır ki, qalib ölkənin qalib xalqı kimi dünyamiqyaslı tədbirlərdə və müsabiqələrdə təmsil olunduğumuz 2024-cü il Azərbaycanda idman sahəsi üçün uğurlu olmuşdur. Milli komandalarımız  ilin ən mühüm idman yarışı olan Yay Olimpiya Oyunlarında fenomenal nəticə göstərərək Vətənimizi 200 iştirakçı ölkədən ilk 30 -cu və 60-dan çox müsəlman ölkəsi arasından 3-cü pillədə qərarlaşdırmış, il ərzində keçirilən müxtəlif beynəlxalq yarışlarda 1700-dən çox medal qazanaraq bayrağımızı dalğalandırmışlar. Beləliklə, müstəqil Azərbaycanımızın yetişdirdiyi gənc idmançılarımız ötən illərdəki uğurlarını dəfələrlə artıraraq nəinki idman ənənəsinin Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu bir daha sübut etdi, eyni zamanda ölkəmizin idman şöhrətini yüksəklərə qaldırdı.

İdmandakı bugünkü uğurlarımız ölkəmizin bu sahədəki gələcəyinin nə qədər parlaq olduğunun, ölkəmizdə daha minlərlə, on minlərlə potensial dünya çempionların kəşf olunmağı gözlədiyinin göstəricisidir. Sözsüz ki, idmanın inkişafı insan kapitalının mövcudluğu ilə bu  sahəyə öz əksini müxtəlif formalarda tapan dövlət qayğısının vəhdətinin nəticəsidir. Müstəqil Azərbaycanda idman qurumlarının, federasiyaların, klubların, və müvafiq dövlət strukturlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində mərkəzləşdirilmiş fəaliyyəti, müxtəlif bölgələrimizdə fəaliyyət göstərən 44 Olimpiya İdman Kompleksi və idman infrastrukturları şəbəkəsi, idman xadimlərinə verilən dövlət dəyəri, o cümlədən paytaxtımızın  Avropa və İslam Həmrəylik oyunları kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi göstərir ki, bu cür genişmiqyaslı, hərtərəfli və ardıcıl nailiyyətlər təsadüfi deyil. Onlar uzun zaman ərzində həyata keçirilən məqsədyönlü strategiyanın birbaşa məhsuludur. Azərbaycan öz müvəfəqiyyətli idman siyasəti ilə dünyaya nümayiş etdirdi ki, idman uğurları bu sahəyə olan dövlət qayğısı ilə düz mütənasibdir.

Dövlət rəhbəri nitqinə ölkəmizdə qətiyyətlə davam etdirilən idman siyasətinin istiqaməti və gələcək persepktivləri haqqında məlumat verərək davam edib. Belə ki, növbəti il Azərbaycanda keçirilməsi planlaşdırılan Üçüncü MDB Oyunlarının təşkili məqsədilə Gəncə şəhərində yeni infrastruktur inşa edilərək əsaslı  yenidənqurma işləri aparılır. 7000-dən çox idmançının iştirakının gözləndiyi tədbirin keçiriləcəyi yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksi ən müasir standartlara cavab verir, hətta funksionallıq baxımdan paytaxt Bakını dakı idman infrastrukturunu da keçir. Şübhəsiz, Gəncə şəhəri öz tarixi, mədəiyyəti və təbiəti ilə qonaqları təəccübləndirməyə hazırlaşdığı kimi, Azərbaycan idmançıları da 2025-ci il MDB Oyunları üçün ölkəmizi layiqincə təmsil etməyə dayanmadan hazırlaşır. Sözügedən tədbirdən əlavə işğaldan azad edilmiş ərazilərimizdə baş tutan idman infrastrukturlarının inşası burada salınan yaşayış məskənləri ilə birgə şəhərsalma planında önəmli rol oynayır. İdman obyektlərinin həm rəmzi, həm də funskional əhəmiyyətini vurğulayan cənab Prezident İlham Əliyev Ağdamda İmarət stadionun inşasının strateji mahiyyətini nümunə gətirib. Hazırda bu ərazilərdə Füzuli Olimpiya İdman Kompleksinin təməli qoyulub, Xankəndidə futbol stadionun inşası davam edir və artıq Şuşada bir neçə növ idman oyunları keçirilib.

Bir Azərbaycan gənci və həvəskar idmançısı kimi doğma Vətənimin idman sahəsində keçdiyi tarixi inkişaf yolunu izləmək, bu barədə öyrənmək, hətta yazmaq tərif ediməyəcək qədər qürurvericidir. Artıq bir neçə ildir ki, üzvü olduğum, fəaliyyətində yaxından iştirak etdiyim Azərbaycan Kapoeyra Federasiyası timsalında ölkəmizdə tamamilə ədalət prinsiplərinə əsaslanan idman siyasətinin məqsədyönlülüyünə, birmənalılığına canlı şahid olmaq və bu strategiyanın bir parçası olduğunu duymaq isə bu fərəh hissini qatbaqat artırır. Mənim simamda Vətən gəncinin qarşısında yeganə amal dayanır: Fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci kimi ölkəmizi idman və onunla məhdudlaşmayan digər sahələrdə, ölkə hüdudlarından kənarda və ümumiyyətlə, bütün zaman-məkan anlayışından və parametrlərdən asılı olmayaraq layiqincə təmsil etmək və bundan fəxarət hissi duymaq.

Gülnur Ağakişiyeva

Corc Vaşinqton Universitenin bakalavr tələbəsi,

Nəsimi rayon gənci

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 26 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri