Icma.az
close
up
RU
Azərbaycan gəncinin dünəni, bu günü və SABAHI İnkişaf perspektivləri və HƏDƏFLƏR

Azərbaycan gəncinin dünəni, bu günü və SABAHI İnkişaf perspektivləri və HƏDƏFLƏR

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan gəncləri ölkənin gələcəyinin əsasını təşkil edən, güclü potensiala malik nəsildir. Onların fiziki inkişafı, sağlam bədən və zehinlərlə cəmiyyətin irəliləməsinə mühüm töhfələr verir. İdman, sağlam həyat tərzi və mütəmadi məşqlər gənclərin fiziki inkişafını təmin etməklə yanaşı, özünə inamlarını da artırır. Bu inkişaf yalnız bədənin güclənməsi ilə qalmır, həm də ümumi həyat keyfiyyətini yüksəldir.

Bundan başqa, gənclərin mənəvi inkişafı da ölkənin sosial mühitinə mühüm təsir göstərir. Təhsil, mədəniyyət və insan hüquqları sahəsindəki biliklərin artırılması, onları məsuliyyətli və düşüncəli vətəndaşlar kimi yetişdirir. Mənəvi inkişaf, gənclərin düzgün dəyərləri mənimsəməsinə, düzgün seçimlər etmələrinə və cəmiyyətdəki sosial məsələlərə münasibət bildirmələrinə imkan tanıyır. Beləliklə, gənclər həm cəmiyyətə, həm də öz həyatlarına daha müsbət təsir göstərə bilirlər.

Azərbaycan gənclərinin fiziki və mənəvi inkişafı, eyni zamanda, müasir texnologiyalar və innovasiyalarla daha da güclənir. İntellektual və fiziki təlimlər, həmçinin beynəlxalq təcrübələrin öyrənilməsi, gəncləri gələcəyin liderləri və yaradıcı mütəxəssisləri olmağa hazırlayır. Bu inkişaf, onların sosial və iqtisadi həyatdakı rolu ilə yanaşı, ölkənin ümumi rifahını artırır və Azərbaycanı dünyada daha tanınan bir dövlətə çevirir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, Azərbaycan dövləti hər bir vətəndaşın, xüsusilə də yetişməkdə olan gəncliyin tam sağlam böyüməsi gələcəyə, cəmiyyətə faydalı şəxslər olması üçün bütün imkanları yaradır:

“Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar, həyata keçirilən çoxsaylı layihələr və proqramlar gənclərə olan diqqət və qayğının göstəricisidir. İldən-ilə sözügedən sahədə əldə edilən nailiyyətlər daha da artmaqdadır. Gənclərimizin elm, idman, incəsənət, həmçinin hərbi sahədə istər regionda, istərsə də beynəlxalq müstəvidə qazandığı uğurların arxasında məhz dövlətin qayğı və diqqəti dayanır”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qələbə qazanan xalq kimi tarixə şanlı hərflərlə imza atdıq:

“Ali Baş Komandanın “Dəmir Yumruğ”unun ətrafında bir olan gənclər bütün dünyaya Azərbaycanın gücünü göstərdi. Bu gün gənclərimiz idman sahəsində çox böyük nailiyyətlər əldə edir, ölkəmizi dünyaya tanıdır, qalib ölkənin qalib idmançısı olaraq geri qayıdırlar. Bu gün gənclərimiz quruculuq işlərində, sosial-siyasi sahədə öz sözlərini deyirlər. Elmi istiqamətdə nailiyyətlər əldə edirlər. Bir sözlə, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı, dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, eyni zamanda Azərbaycan Parlamentinin gənclər siyasətinə dəstəyi daim öz töhfəsini verməkdədir. Lakin on barmağın onunun da eyni olmadığı kimi hər gənc də eyni deyil. Bəziləri ya nailiyyət əldə edə bilmir, ya da etmək istəmir. Bu kəsimin də cəmiyyətə faydalı şəxsə çevrilməsi üçün xüsusi layihələr mövcuddur. Çünki onlar da özlərini təsdiq etməli, gələcəyimiz üçün ölkəmiz adına uğurlu fərdlər olmalıdırlar”.

Sosioloq Üzeyir Şəfiyev isə söyləyib ki, söhbət gələcəyimizdən gedirsə, gənclərlə bağlı məsələ hər zaman aktual olaraq qalmalıdır:

“İstər gənc, istərsə də yeniyetmə olsun, söhbət bizim sabahımızdan gedirsə, bu sabahı özümüz formalaşdırmalıyıq. Onların gələcəkdə yazacaqları uğur hekayələrinə görə bizim cəmiyyət olaraq borcumuz var. Çalışmalıyıq ki, onlar cəmiyyətə, dövlətə faydalı nəsil kimi formalaşsınlar. Bunun üçün fikir verməli olduğumuz bir neçə amil var”.

Ü. Şəfiyev vurğulayıb ki, ilk növbədə, uşaq və yeniyetmələrin sosiallaşma institutları sağlam olmalıdır:

“Yəni həm ailə, həm orta, həm də ali məktəblərin, eyni zamanda, daha çox təsir gücünə malik olan sosial media platformalarının sağlamlığına fikir verməliyik. Çünki bugünkü Z nəsli ailədən, bağçadan, orta məktəbdən çox məhz sosial şəbəkə ilə əlaqədə olan nəsildir. Bəzən təəssüflər olsun ki, sosial şəbəkələrdə gənclərin yanlış yönləndirilməsi istiqamətdə təbliğat aparılır. Onlara cinayət aləminin təmtəraqlı yaşayışı aşılanmağa çalışır. Bu isə psixologiyası zəif gənclərə birbaşa təsir edir”.

“Əlavə olaraq, hətta özünü media kapitanı adlandıran qəzetlərin manşetlərində belə bəzən cinayət aləmi ilə bağlı təmtəraqlı yazılar dərc olunur, onlar haqqında veriliş hazırlanır. Bu, birmənalı olaraq, yolverilməzdir və xəyanətdir. Söhbət uşaq və gənclərdən, yeniyetmələrdən gedirsə, sosiallaşma institutları kimi media və sosial şəbəkə platformalarında belə paylaşımlarların olmamasına diqqət yetirməliyik. Eyni zamanda, çalışmalıyıq ki, ailə institutu sağlam və münaqişəsiz olsun. Nəticə olaraq dəfələrlə isbat olunub ki, ailədə münaqişə görən travmalı uşaqlar gələcəkdə bağça, məktəb, tələbə yoldaşlarına qarşı aqressiv olurlar. Bu baxımdan, müəllim yalnız təhsil verməməli, həm də gələcəyə nümunə fərd yetişdirməlidir”. – deyə o, bildirib.

“Həmçinin ölkəmizdə çoxdandır ki, uşaq ədəbiyyatı ilə bağlı problemlər var. Uşaq ədəbiyyatı nümunələri ortaya gəlməlidir. Azərbaycan çox böyük qəhrəmanlıq salnaməsi yaradıb, xalq olaraq bu qəhrəmanlıq səlnaməsi ədəbiyyatda öz əksini tapmalıdır. Çünki xalqımızın bu böyük tarixi qələbəsi uşaqların, yeniyetmələrin, gənclərin düşüncəsinə köçməlidir. Bir sözlə, uşaq və gənclərin gələcəyi ilə bağlı addımlar atmaq yalnız dövlətin öhdəliyi deyil, eyni zamanda xalq olaraq hər birimizin borcudur”, – deyə o fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Fevral 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri