Icma.az
close
up
RU
Azərbaycan öz enerji siyasətinə yenidən baxır ŞƏRH

Azərbaycan öz enerji siyasətinə yenidən baxır ŞƏRH

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən həftə prezident İlham Əliyevin iştirakı ilə "8 Noyabr" Elektrik Stansiyasının açılışı oldu. Cəmi 2 ilə inşa olunan bu stansiya  ölkəmizdə öz növündə ən strateji obyektlərdən biri hesab olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal-material daşınıb. Ümumilikdə, 40 min kubmetr həcmində 20 min ton çəkisi olan 4 ədəd util qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb.

Azərbaycanın enerji idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı addımları necə dəyərləndirmək olar? Yeni güclərin işə düşməsi ilə Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanması ölkəmiz üçün hansı imkanları açır?

Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dünya ölkələri indiyə qədər enerji əldə etmək üçün daha çox daş kömür, neft və qazdan istifadə edirdilərsə, hazırda bütün enerjilərin yeganə mənbəyi elektrik hesab olunur. Bundan sonrakı dönəmdə elektriklə daha sürətli və geniş şəkildə həm evlər isinəcək, həm də avtomobillər elektriklə təmin olunacaq.

Onun sözlərinə görə, robotlaşma, sənaye və texnologiyada da elektrikdən istifadə olunacaq. Hətta kriptovalyutalar da elektrikdən istifadə edir və böyük enerji tələb olunur:

"Hazırda yaşadığımız dünyada bir sıra dəyişikliklər, transformasiyalar baş verir. Bu transformasiyalar bir-birini həm tamamlayır, həm də tətikləyir. Dördüncü sənaye inqilabı, robotlaşma və yeni texnologiyaların tətbiqindən sonra hazırda süni intellektin tətbiqi müşahidə olunur. Növbəti transformasiya ənənəvi enerjidən alternativ enerjiyə keçiddir. Dördüncü sənaye inqilabı və ənənəvi enerjidən alternativ enerjiyə keçid əmək bazarında ciddi dəyişiklikləri labüd edir. Bu dəyişikliklər fonunda maliyyə sahəsindəki hər hansısa ciddi çöküşlərin və kontrolsuz dəyişikliklərin qarşısını almaq üçün ciddi tədbirlər görülür. Əslində bu tədbirlər daha fundamentaldır. Yəni, yeni dünya düzəninə keçid baş verir. Yeni dünya düzəni isə bir sıra siyasi və iqtisadi dəyişiklikləri labüd edir. Bu fonda ən diqqət çəkən məqamlardan biri dünyanın neft və qaz istehlakından elektrik enerjisinə sürətli şəkildə keçididir".

E.Sadıqovun fikrincə, elektrikə olan tələbatın artması və ənənəvi enerjinin yavaş-yavaş arxa plana keçməsi bu günün reallığıdır. Bu reallıq fonunda Azərbaycan öz enerji siyasətinə yenidən baxır.

"Azərbaycan indiyə qədər neft-qaz ölkəsi kimi tanınıb. Bu imic illər öncə formalaşıb. İkinci Dünya Müharibəsində Bakı neftinin əhəmiyyətini unutmaq olmaz. Təxminən 150 ilə yaxın müddətdə formalaşmış bu imici biz qısa müddətdə yeni imiclə dəyişmək istəyirik. Bu imic yaşıl enerji, alternativ enerji sahəsində Azərbaycanın imkanlarının üzə çıxarılmasından, ölkəni bu enerji sahəsində də məşhurlaşdırmaqdan və dünyanın bu enerji istiqamətindəki siyasətində Azərbaycanın özünəməxsus yer tutmasından ibarətdir. Ona görə də hazırda aparılan siyasət qeyd etdiyim hədəflərə yönəlib. Biz faktiki olaraq, yeni siyasət formalaşdırmaqdayıq" - müsahibimiz əlavə edib.

Elman Sadıqov: Ölkəmiz daha ekoloji elektrik enerjisi istehlakına keçəcək

İqtisadçı vurğulayıb ki, Azərbaycan Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarını, o cümlədən Naxçıvanı yaşıl enerji mərkəzinə çevirir. Çünki hər iki bölgədə və Naxçıvanda çox böyük potensial var. Bundan başqa, Naxçıvan günəş enerjisi sahəsində ən rentabelli rayondur. Çünki Azərbaycanda ən çox günəşli günlər Naxçıvandadır:

"Şərqi Zəngəzurda isə daha çox su elektrik stansiyalarının imkanlarından istifadə olunacaq. O cümlədən, Bakıda günəş paneli stansiyaları və külək turbinlərindən istifadə olunması nəzərdə tutulub. Bu imkanlar həm daxili istehlak üçün elektrik enerjisi istehsal etməyə, həm də bu enerjini ixrac etməyə şərait yaradacaq. Nəticə etibarilə Azərbaycan dünyada baş verən dəyişikliklərə adaptasiya olmaqla yanaşı, öz enerji siyasətinə yenidən baxır. Lakin bu o demək deyil ki, ölkəmiz neft və qaz sahələrindən geri çəkiləcək. Ölkənin neft və qaz siyasəti davam edir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hazırda enerji istehsalımız 9000 meqavatdır. 2030-cu ilə kimi yaşıl enerji sahəsində isə 6500 meqavatlıq elektrik enerjisi əldə etmək imkanlarımız var. Bu, qaza kifayət qədər qənaət etmək deməkdir. Nəticədə həm qaz ixrac olunacaq, həm də ölkəmiz daha ekoloji təmiz elektrik enerjisi istehlakına keçəcək".

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri