Icma.az
close
up
RU
Azərbaycan gəncliyinin yeni inkişaf dövrü

Azərbaycan gəncliyinin yeni inkişaf dövrü

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Gənc nəslə diqqətin göstərilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olundu. Gəncliyi Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider böyüməkdə olan gənc nəslə qayğını daim önə çəkir, onların problemlərini hər zaman xüsusi diqqət mərkəzində saxlayırdı. Hələ 1969-1982-ci illərdə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci tarixi dövrdə Azərbaycanda yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Bu, Ulu Öndərin gənclərə verdiyi yüksək dəyərin göstəricilərindən biridir.

Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Məhz Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndərin bu sahədəhəyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi.

Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bəri cənab Prezident İlham Əliyevtərəfindən uğurla və yüksəkeffektivliklə davam etdirilən inkişaf strategiyası nəticəsində bu gün ölkəmiz yeni tərəqqi dövrünə qədəm qoyub. Təbii ki, gənclər məsələsi yenə də dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq xüsusi diqqət mərkəzində saxlanılır. Dövlət başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində verilir.

Əlbəttə ki, Azərbaycan gəncliyinin II Qarabağ savaşında tarixi Zəfərin əldə olunmasında rolu hər zaman xüsusi qeyd olunmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz gəncliyinfədakarlığı və şücaəti sayəsində əldə olunan bu Şanlı Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri