Icma.az
close
up
RU
Azərbaycan tarixinin inkişaf və tərəqqi dövrü

Azərbaycan tarixinin inkişaf və tərəqqi dövrü

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənab İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən sonra andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 22 ilin uğurlarının xronologiyası bu vədin konkret əməldə öz əksini tapdığını nümayiş etdirir. Bu mühüm məqamı da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev tarixi əhəmiyyətli 2003-cü il 1 oktyabr müraciətində Azərbaycanın gələcək inkişafını təmin edəcək ünvanı göstərərkən bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq.

1993-2003-cü illər Azərbaycan tarixinə inkişaf, tərəqqi dövrü kimi yazılıb. Bu illərdə yaradılan möhkəm təməl Azərbaycanın davamlı inkişafına, bütün sahələrdə təkmil islahatların həyata keçirilməsinə geniş imkanlar yaradır. Yeganə problemimiz hazırda tarixə qovuşan Qarabağ münaqişəsi idi. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordun olmalıdır. Ümummilli Liderin ordu quruculuğu istiqamətində atdığı addımlar maddi-texniki bazasının möhkəmləndirilməsini, döyüş ruhunun artmasını təmin etdi.
2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunda həyata keçirdiyi tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı gördüyü işlər Qarabağ münaqişəsinin taleyi ilə bağlı bəzi dairələr tərəfindən səsləndirilən əsassız fikirləri darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Azərbaycan Ordusunun gücünün, qüdrətinin bariz nümunəsi 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi, eyni zamanda 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi oldu. Ordumuzun gücü qarşısında diz çökən Ermənistan silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Silahlı Qüvvələrimizin gücü sayəsində cəbhədən gələn qələbə xəbərləri xalqımızı sevindirdi, qürurlandırdı. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi, üçrəngli Bayrağımızın bu torpaqlarda dalğalanması ilə bir daha dünyaya sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. Ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Bu gün Azərbaycan Ordusu dünya hərb tarixinə yazdığı yeni səhifə ilə qürurludur. Azərbaycanın müharibə təcrübəsi dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri tərəfindən öyrənilir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi sistemli tədbirlərin nəticəsidir. Cənab İlham Əliyevin 22 illik Prezidentlik dövrünün 17 ili Qarabağ münaqişəsinin həllinə hazırlıq dövrü kimi xarakterizə olunur. Qələbəyə hazırlanan Ordumuzun yazdığı tarix, eyni zamanda, xalqımızın yenilməz, məğrur xalq olduğunu dünyaya çatdırdı.
Qalib ölkənin qalib Prezidenti İlham Əliyev keçirilən tədbirlərdə, işğaldan azad edilmiş ərazilərimizə mütəmadi reallaşdırdığı səfərləri zamanı çıxışlarında Vətən oğullarının torpaq sevgisindən geniş bəhs edərək onların qanları ilə tarix yazdığını xüsusi qeyd edir.
Bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. 2023-cü ilin 20 sentyabr tarixindən ölkəmiz yeni dövrə qədəm qoydu. 30 ilik işğaldan sonra tarixi sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayıb. Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qələbəsi dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən Ordumuzun daha da gücləndiriləcəyini, bu istiqamətdə lazımi addımların atılacağını bildirir.
Ordumuzun gücləndirilməsi ilə yanaşı, azad edilmiş ərazilərimizin bərpası da əsas prioritetlər sırasındadır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir. Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.
İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması uğurla davam edir. 2025-ci il 31 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilmişdir. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbə təhsil alır. Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri