Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan geniş regionda getdikcə daha böyük rol oynayır”

“Azərbaycan geniş regionda getdikcə daha böyük rol oynayır”

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hesab edirəm ki, ötən bir il münasibətlərdə böyük irəliləyişlərin yaşandığı bir dövr olub. Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə keçirilən görüşləri də daxil olmaqla, hazırda proses müsbət istiqamətdə inkişaf etməkdədir”.

Hurriyyet.media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Saratoqa Fondunun prezidenti Qlen Hovard ötən il avqustun 8-də Ağ evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşünün ildönümü ilə bağlı deyib.

O, sonradan baş vermiş ən əlamətdar hadisələrdən biri kimi ABŞ-nin vitse-prezidenti Cey.Di.Vensin Bakıya səfərini qeyd edib.

“ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla yaxınlaşdığı aydın görünür. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) Cənubi Qafqazda iqtisadi əməkdaşlıq baxımından Amerikanın mövcudluğunu möhkəmləndirəcək və Xəzər regionunun Türkiyə ilə iqtisadi bağlantılarının daha da genişlənməsində böyük rol oynayacaq. Əlbəttə, hazırda İranla bağlı müharibə gedir. Amma ola bilsin ki, bu müharibə tezliklə başa çatsın və normallaşma prosesi başlasın. Belə olan halda regiondakı bütün ölkələr genişlənən iqtisadi bağlantılardan faydalanacaqlar”, - deyə ekspert əlavə edib.

O deyib ki, münasibətlər növbəti dövrdə də inkişaf etməyə davam edəcək: “Bütün bunlar Azərbaycana iqtisadi baxımdan yalnız fayda gətirəcək. Regiondan keçəcək tranzit marşrutları Bakıya fayda verəcək. Bakı da bu prosesin asanlaşdırılmasına kömək edir. Ümumilikdə Azərbaycanın regionla münasibətləri indiyədək heç vaxt olmadığı qədər yaxşı səviyyədədir. Məhz buna görə Azərbaycan Cənubi Qafqazda yüksələn gücdür. Bu, bütövlükdə regional münasibətlər baxımından çox mühüm əhəmiyyət daşıyır. ABŞ də Azərbaycanla münasibətlərini davamlı olaraq dərinləşdirir. Münasibətlərin qarşısında dayanan maneələrin bir çoxu aradan qaldırılıb. 907-ci düzəlişlə bağlı məhdudiyyətlərin tətbiqi də dayandırılıb. Ümid edirəm ki, gələcəkdə bu düzəlişin tamamilə və daimi olaraq aradan qaldırıldığını görəcəyik. Beləliklə, son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası, həqiqətən də, diqqətəlayiq olub. Mən bu münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini düşünürəm”.

Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold isə bildirib ki, xüsusilə son bir ildə Azərbaycanın rolunun və beynəlxalq əlaqələrinin olduqca əhəmiyyətli dərəcədə artdığını görürük: “Sülh sazişi istiqamətində baş verənləri və hazırda ABŞ ilə münasibətləri nəzərə alsaq, burada böyük inkişafın olduğuna şahidik.

Ermənistanda TRIPP dəmir yolu xətti ilə bağlı irəliləyiş var və yəqin ki, yaxın bir neçə ay ərzində layihənin təməli qoyulacaq. Hesab edirəm ki, bağlantı imkanlarının genişlənməsi və əlavə dəmir yolu xəttinin yaradılması Orta Dəhlizi beynəlxalq investorlar və biznes üçün iqtisadi baxımdan daha cəlbedici və əlverişli edəcək. Məncə, bu, irəliyə doğru çox böyük addımdır. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında münasibətlərdə müsbət inkişafın, daha aşağı səviyyələrdə çoxsaylı əməkdaşlıq nümunələrinin şahidi olmuşuq. Məncə, sülhün həyata keçirilməsi baxımından ən vacib məsələlərdən biri də məhz budur. Bundan başqa, C6 formatında əməkdaşlığı və Çolpon-Atada keçirilən görüşü gördük. Azərbaycan bütövlükdə geniş regionda getdikcə daha böyük rol oynayır və düşünürəm ki, bu tendensiya davamlı olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri