Icma.az
close
up
RU
Azərbaycan geosiyasi və iqtisadi aktor kimi çıxış edir RƏY

Azərbaycan geosiyasi və iqtisadi aktor kimi çıxış edir RƏY

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanın xarici siyasəti xüsusilə 44 günlük Qarabağ müharibəsindən sonra yeni bir mərhələyə qədəm qoyub. Ölkə artıq yalnız münaqişə gündəminə fokuslanmır, daha geniş geosiyasi və iqtisadi baxışa malik aktor kimi çıxış edir. Bu transformasiyada Prezident İlham Əliyevin rolu danılmazdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan balanslaşdırılmış xarici siyasət xəttini qoruyaraq həm Qərb, həm də Şərq istiqamətində paralel və praqmatik əməkdaşlıq modelini dərinləşdirib. Sülh yolunu seçən Azərbaycan postmüharibə mərhələsində regionda sabitliyin təşəbbüskarlarından biri kimi çıxış edir.

Bunu AZƏRTAC-a müsahibəsində qloballaşma və milli dövlət mübahisələri üzrə tədqiqatçı, Topçubaşov Mərkəzinin eksperti Turan Qafarlı deyib.

O bildirib ki, ABŞ-nin təşəbbüsü ilə yaradılan yeni Sülh Şurası platformasında iştirak, Avropa ilə inteqrasiyanın güclənməsi, enerji sahəsində Avropanın təhlükəsizliyinə verdiyi real töhfə, Türkiyə ilə strateji müttəfiqliyin dərinləşməsi və Türk Dövlətləri Təşkilatında artan rol bu xəttin əsas sütunlarıdır. Eyni zamanda, Çinlə əlaqələrin genişlənməsi və Orta Dəhliz çərçivəsində Zəngəzur dəhlizinin geoiqtisadi əhəmiyyəti Azərbaycanın Avrasiya məkanında mərkəzi oyunçuya çevrildiyini göstərir. Bu strategiya uzunmüddətli perspektivdə ölkəyə ciddi dividendlər vəd edir. Çünki Azərbaycan artıq regional təhlükəsizliklə yanaşı, enerji, nəqliyyat, logistika və diplomatiya sahələrində də mühüm rol oynayır.

Ekspert qeyd edib ki, Azərbaycan bu gün regionda sabitlik adası kimi qəbul olunur və nüfuzu sürətlə artır: “Avropanın enerji təhlükəsizliyində Bakının rolu strateji səviyyəyə yüksəlib, eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Suriya kimi Yaxın Şərq ölkələri ilə də münasibətlərin inkişafı Azərbaycanın çoxşaxəli diplomatiyasını gücləndirir. Orta Şərqə verdiyi mesajlar, Türk dünyası ilə dərinləşən inteqrasiya və qonşularla işlək əməkdaşlıq modeli göstərir ki, Azərbaycan artıq öz gələcəyini həm münaqişə sonrası reallıqlara, həm də bütövlükdə regionun iqtisadi və siyasi arxitekturasına təsir edə biləcək səviyyədə qurur. Bu isə ölkənin gələcək onilliklər üçün həm geosiyasi, həm də iqtisadi baxımdan daha möhkəm və perspektivli mövqedə olacağını deməyə əsas verir”.

Müsahibənin geniş variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri