Icma.az
close
up
RU
Azərbaycan regional geosiyasi aktor kimi

Azərbaycan regional geosiyasi aktor kimi

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

K.Əlioğlu

Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə bir sıra vacib mesajlar verib. Onlar Azərbaycanın xarici siyasətinin bəzi strateji məqamlarına aiddir. Konkret olaraq, ölkəmizin Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyinin güclənməsi sayəsində əldə edilən uğurları ifadə edirlər. Biz bu faktlar kontekstində Prezident İlham Əliyevin vurğulanan tədbirdə irəli sürdüyü tezislərin bir qismi üzərində geniş dayanmağa ciddi ehtiyac gördük.

Siyasi kursun adekvat dərki

Azərbaycanın 1993-cü ildən başlayaraq həyata keçirdiyi dövlət quruculuğu siyasəti özünün bəhrələrini verməkdədir. Artıq dünya miqyasında Azərbaycanın əldə etdiyi uğurlar haqqında ən yüksək səviyyələrdə açıq danışırlar. Müxtəlif siyasi, geosiyasi, iqtisadi forumlarda, beynəlxalq təşkilatların tribunalarından Azərbaycan haqqında təhlillər verilməkdədir. Lakin bu vəziyyətin yaranması üçün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və daha sonra Prezident İlham Əliyev tərəfindən çox böyük zəhmət çəkilib. Prezident İlham Əliyevin nəqliyyat məsələləri ilə bağlı keçirdiyi müşavirədə səslənən fikirlər bütün bunlar baxımından son dərəcə maraqlı və aktualdır.

İlk öncə, onu vurğulayaq ki, dövlət başçısı keçirdiyi hər bir tədbirdə yeni fikirlər ifadə edir və onların dövlətçilik baxımından izahına ciddi ehtiyac vardır. Çünki Prezident İlham Əliyev, bir qayda olaraq, ölkəmiz üçün çox əhəmiyyətli olan faktlardan bəhs edir və onların əsl siyasi mahiyyətini açıqlayır. Onları dərk etdikcə ölkədə həyata keçirilən siyasətin möhtəşəmliyini daha aydın görmək mümkün olur.

Burada politoloji aspektdə iki məsələ xüsusi önəm daşıyır. Birincisi, Azərbaycanda 1993-cü ilin ikinci yarısından etibarən həyata keçirilən siyasətin milli, regional və qlobal masştablarda oynadığı rolun nəzəri dərkinə geniş imkanlar yaranır. Bu məsələnin özü də iki aspektdə aktualdır – əvvəla, Azərbaycanda dövlət quruculuğu prosesinin geniş politoloji dərki olduqca əhəmiyyətlidir, digər tərəfdən, həmin prosesin daxili inkişaf məntiqinin adekvat politoloji dərki postsovet məkanı üçün qiymətli siyasi təcrübədir. İkincisi, həmin kontekstdə Azərbaycan cəmiyyətinin özü də müstəqil dövlət quruculuğu prosesinin siyasi anlamı haqqında dolğun təsəvvürlərə malik olmalıdır.

Bütün bunlara görə də, sözügedən müşavirədə söylənən fikirlər böyük maraq doğurur. Müşavirədə səslənən bir neçə tezisin təhlili üzərində dayanmaq lazım gəlir.

Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzi

Bu barədə Azərbaycan Prezidenti müşavirədə açıq və birmənalı fikir söyləyib. Bu, konkret tezisdə Azərbaycanın regional miqyasda geosiyasi, geoiqtisadi, enerji, nəqliyyat, logistika və digər sferalarda fəaliyyəti haqqında gəlinən ümumi qənaətin ifadəsidir. Prezident İlham Əliyevin ümumiləşdirici tezisi aşağıdakı kimidir: "Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir".

Bu tezisin ciddi politoloji izahına ehtiyac var. Çünki ilk dəfədir ki, Cənubi Qafqazın bir müstəqil dövləti Avrasiya miqyasında yüksək geosiyasi uğur qazanır. Avrasiya tarixən çox mürəkkəb və ziddiyyətli geniş məkanı əhatə edir. Bura daim müxtəlif böyük güclərin maraqlarının toqquşma məkanı olub ki, nəticədə, ortaq mövqeyə gəlmək və ya fəaliyyət şəbəkəsi yaratmaq olduqca çətin başa gəlib. Xüsusilə XXI əsrdə Avrasiya ziddiyyətlər və risklərlə dolu üçüncü onilliyi yaşamaqdadır.

Deməli, belə bir qarışıq məkanda müstəqil dövlətin "əvəzolunmaz nəqliyyat mərkəzi"nə çevrilməsi milli dövlətçilik baxımından tarixi hadisədir. İndi hər kəs bunun necə baş verdiyini təhlil etməkdə maraqlıdır. Bir məqalədə bu geniş məsələyə yalnız bir neçə faktorun qarşılıqlı əlaqəsində baxa bilərik.

Prezident İlham Əliyev müşavirədə deyib: "Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır". Və "Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir". Bu nəticəyə Azərbaycan yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturlar yaratmaqla gəlib. Eyni zamanda, daha geniş miqyasda məsələyə yanaşaraq, "Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur".

Belə çıxır ki, Azərbaycan bir neçə istiqamətdə paralel fəaliyyət göstərməklə regional nəqliyyat-logistika mərkəzinə çevrilib. Həmin istiqamətlər müxtəlif sferalar üzrə layihələrlə (ilk növbədə, enerji və nəqliyyat layihələri) digər istiqamətlərdə qonşu dövlətlərlə müxtəlif əməkdaşlıq platformalarının inkişafını nəzərdə tutur. Məhz bu cür yanaşma əsasında Bakı regional miqyasda enerji və nəqliyyat-logistika mərkəzindən Avrasiya masştabında nəqliyyat mərkəzlərindən biri səviyyəsinə yüksəlib. Bu yolda Azərbaycan çox maneələri, süni yaradılan əngəlləri aşıb. Onlar haqqında da Prezident İlham Əliyev müşavirədə açıq bəhs edib.

Bakı-Tbilisi-Qars layihəsinə törədilən əngəllər

Bu barədə dövlət başçısı iclasda ifadə edib: " ... Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik ... ".

Burada dərhal keçən əsrin 90-cı illərindən başlayaraq bu günə qədər Amerikanın Cənubi Qafqaz siyasətinin əsl simasının geosiyasi qiymətləndirilməsinə keçmək lazımdır. Regionda gedən proseslərə münasibətdə öncədən ABŞ qeyri-obyektiv və birtərəfli münasibət sərgiləyib. Daha dəqiq desək, regionun bütün dövlətlərinin maraqlarını deyil, təcavüzkar Ermənistanın qərəzli maraqlarını dəstəkləyib. Bunun üçün ABŞ bir neçə istiqamətdə təzyiqlər edib.

Birincisi, "907-ci düzəliş" vasitəsilə Azərbaycanı yolundan döndərməyə cəhd göstərib. Rəsmi Bakının həmin bədnam sənəd çərçivəsində ittiham edilməsi geosiyasi anlamda Vaşinqtonun qeyri-konstruktiv və haqsız seçim etdiyinin nümayişidir.

İkincisi, ABŞ Cənubi Qafqazın digər dövləti olan Gürcüstana Azərbaycanla enerji-nəqliyyat sahəsində strateji əməkdaşlıq etməməsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələrinin reallaşmaması üçün ciddi təzyiqlər edib, rəsmi Tbilisiyə absurd tələblər irəli sürməyi tapşırıb. Bu tələbləri də süni olaraq ekoloji məsələ ilə bağlamağa çalışıblar. O dönəmdə yalnız Heydər Əliyevin diplomatik məharəti və siyasi qətiyyəti Gürcüstanın düzgün seçim etməsinə münbit şərait yaratdı.

Üçüncüsü, bunların fonunda Amerika Ermənistana dəstək verərək onun Azərbaycan torpaqlarından çıxmasının qarşısını alanlardan olub. Yəni, işğal faktından Azərbaycana qarşı müstəqil geosiyasi mövqeyindən çəkilməsi üçün istifadə edib. Lakin Azərbaycan rəhbərliyi bütün bunları dəf edib və nəticədə, regional nəqliyyat mərkəzindən Avrasiya miqyasında nəqliyyat mərkəzinə çevrilməyə nail olub.

Zəngəzur dəhlizi

Bu davamlı və qətiyyətli müstəqil siyasi kursun bəhrələrindən biri də Zəngəzur dəhlizi məsələsinin gündəmə gətirilməsidir. Dövlət başçısı bu kontekstdə bəyan edib: "İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq".

Zəngəzur dəhlizinin dünyanın maraq göstərdiyi ifadə olması və onun reallaşması məsələnin aktual olaraq qalması birbaşa rəsmi Bakının fəaliyyətinin nəticəsidir. İndi Azərbaycan rəhbərliyi praktiki siyasi-diplomatik müstəvidə həmin dəhlizin açılması istiqamətində ciddi fəallıq göstərir, o cümlədən Azərbaycanın qərb rayonlarından Naxçıvana, yəni Azərbaycandan Azərbaycana maneəsiz keçidi, yəni, sərbəst gediş-gəlişi təmin etmək niyyətindədir. Tamamilə təbii və zəruri bir mövqedir!

Davos uğuru

Bütövlükdə Azərbaycanın regionlararası miqyasda geosiyasi fəaliyyətinin göstəricilərindən biri ölkəmizin Davos İqtisadi Forumunda (DİF) iştirakı ilə bağlıdır. Azərbaycan Davos Forumunda daim təmsil olunur. Bu il təşkil edilən tədbirdə Azərbaycan Prezidenti iqtisadi, enerji, nəqliyyat, sərmayə qoyuluşu sferaları üzrə əhəmiyyətli müzakirələr aparıb, eyni zamanda, Azərbaycanın regionlararası geosiyasi fəaliyyəti kontekstində maraqlı görüşlər keçirib. Prezident İlham Əliyev regional və beynəlxalq əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi və digər məsələlərlə bağlı da ciddi müzakirələr aparıb və Azərbaycanın bu məsələlər üzrə vacib aktor olduğunu nümayiş etdirib.

Bununla Azərbaycan milli miqyasdan regional, daha sonra isə regionlararası miqyasda təsirli oyunçu səviyyəsinə yüksəlib. Azərbaycan müstəqil dövlət kimi indi bir çox istiqamətlərdə dünya siyasətinə təsir göstərə bilir. Bu, şübhəsiz tarixi uğurdur!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri