Icma.az
close
up
RU
Azərbaycan güclü tərəfdir, Ermənistan və İran geri çəkilməli olacaq TƏHLİL

Azərbaycan güclü tərəfdir, Ermənistan və İran geri çəkilməli olacaq TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və İranın Cənubi Qafqaz siyasəti dəyişməyib, amma Azərbaycan güclənir

"Məncə, saziş və bəyannamənin İran və Rusiya üçün çox ciddi faydaları var. Bu saziş həyata keçirildikdə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək. Rusiya və İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək".


Bunu Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan və ölkəsi arasında imzalanan və paraflanan sənədlərlə bağlı “Foks Nyus” telekanalına müsahibəsində deyib. Baş nazir regionda kommunikasiyaların və ya nəqliyyat dəhlizlərinin açılmasının hər kəs üçün faydalı olacağını bildirib: "Demək istədiyim odur ki, əgər biz bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm və hiss olunan, görünməmiş faydalar əldə edəcək. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur. Ona görə də mən bunu beynəlxalq sabitlik və təhlükəsizlik çərçivəsində bütün ölkələrə, o cümlədən bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli faydalar gətirə biləcək çox mühüm saziş hesab edirəm". Ermənistanın ərazi idarəetmə və nəqliyyat naziri Davit Xudatyan da deyib ki, sülh müqaviləsinin paraflanması İrəvanı sülhə çox yaxınlaşdırır. Onun sözlərinə görə, bu, Ermənistanın hər bir vətəndaşı üçün gözlənilən, vacib və sevindirici hadisədir: "Paraflanmış sazişin mətnində Ermənistan üçün faciəli və ya bədbəxt heç nə yoxdur. Azərbaycan ərazisindən keçəcək yollar Ermənistan üçün açılır, çünki blokadanın götürülməsi ikitərəfli prosesdir". Xudatyan bildirib ki, Azərbaycanla ölkəsi arasında yolların (və ya Zəngəzur dəhlizinin) açılması Ermənistanın inkişafı baxımından çox vacibdir. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistanda yolların açılması ilə bağlı tezliklə işçi qrupu yaradılacaq. Qeyd edək ki, Rusiya və İran Zəngəzur dəhlizinin, daha doğrusu, "Tramp yolu"nun açılmasına ciddi etirazlarını bildirir, narahatlıqlarını dilə gətirirlər. Hətta Tehran rejimi buna mane olmaq üçün əlindən gələni edəcəyini deyir, Bakını hədələyir. 


Millət vəkili, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a açıqlamasında deyib ki, 5 il əvvəl Azərbaycanın, Ermənistanın, o cümlədən Rusiya və İranın vəziyyəti tamam başqa idi. Deputatın sözlərinə görə, ən çətin durumda biz idik: 

"Torpaqlarımız işğal altında idi və danışıqlar nəticə vermirdi, dünya bizim üzərimizə gəlirdi. Biz artıq o mərhələni arxada qoymuşuq. 44 günlük müharibə və sonrasında baş verənlər regiondakı vəziyyəti kökündən dəyişdi. Zəfərdən sonrakı təzyiqləri də uğurla dəf etməyi bacardıq. İndi növbəti mərhələyə qədəm qoymuşuq. Vaşinqton görüşü, orada imzalanan sənədlər Azərbaycanın növbəti böyük uğurudur. Təbii ki, bu uğurlardan narahat olan ətraf ölkələr öz narazılıqlarını dilə gətirirlər. Onların başında Rusiya və İran durur. Əslində indi Zəngəzur dəhlizinin "Tramp yolu" adı altında açılmasının əsas səbəbkarlarından biri məhz İrandır. Çünki İran hər vəchlə dəhlizin açılmasına maneçilik törətməyə çalışırdı. Son dönəmdə Azərbaycan-Ermənistan arasında intensivləşən danışıqlar fonunda İrəvan Bakının şərtlərini qəbul etməyə məcbur qaldı. Nəticədə hər iki tərəf ümumən razılaşıblar ki, Zəngəzur dəhlizində iri bir gücün qarantor rolunda çıxış etməsinə ehtiyac var. Həmin güc də ABŞ-dir. İran da bu reallıqla barışmalıdır. İran əvvəllər Təbrizin imam-cüməsi Amulinin ağzından hədə-qorxu gəlirdi, indi də Ə.Ə.Vilayətinin dili ilə Azərbaycanı hədələyirlər. Heç bir effekti olmayacaq. Artıq "şir" quyruğunu qısıb, öz yerinə çəkilib. İndi İrandan gələn açıqlamalar daxili auditoriyaya hesablanıb. Göstərmək istəyirlər ki, guya İran bölgədə gücdür və onunla hesablaşırlar. ABŞ-yə nəsə söyləməyə cəsarəti çatmayan İran rejimi Azərbaycanı, Ermənistanı hədəf alıb. Əlbəttə, burada Azərbaycanlıq heç nə yoxdur. Zəngəzur indiki Ermənistan Respublikasının ərazisidir və anlaşma ABŞ-Ermənistan arasında imzalanıb. Məsələ ondadır ki, Ermənistana enerji resurslarının təminatı ilə bağlı İranın böyük dəstəyi var. Uzun müddət Ermənistan İrana arxalanıb. İki ölkə arasında müttəfiqlik olub. Ona görə də İrəvan hökuməti öz müttəfiqlərini sakitləşdirmək yolunu tutub. Amma əslində, oyunun hansı istiqamətə getdiyini İran da, Ermənistan da çox yaxşı bilir".


Parlamentari vurğulayıb ki, Azərbaycan Prezidenti dünyada gedən prosesləri, beynəlxalq hüququ çox yaxşı bilir:

 "Biz hakimiyyətdə olmadığımız üçün daha sərbəst danışırıq, çünki hakimiyyət məsuliyyətimiz yoxdur. Azərbaycanın siyasi hakimiyyəti problemləri həll etmək üçün daha təmkinli davranmalıdır və elə də davranır. Erməni mediası bütün günü car çəkir ki, Azərbaycan bu məsələdə uduzmayıb, əksinə, qazanclı çıxıb. Uduzan, güzəştə gedən tərəf Ermənistandır. Azərbaycan üzərinə hansısa öhdəlik götürməyib ki, Bakıda separatçıları azad edəcək, yaxud haqlı iddialarından vaz keçəcək. İşğal altında qalmış 4 kəndimiz də bizə qaytarılacaq. Bizə məxsus olan heç nədən imtina etməyəcəyik. Bunlar mərhələli şəkildə öz həllini tapacaq. Hazırda bizim üçün ən mühüm məsələ ümumi anlaşma və Zəngəzur dəhlizinin açılmasıdır. Çünki İran açıq-aşkar bəyan edir ki, Zəngəzur dəhlizinin açılmasına əngəl olub və olmağa davam edəcək. Xatırlayırsızsa, Türkiyə Prezidenti R.T.Ərdoğan vurğulamışdı ki, Zəngəzur dəhlizinin açılmasına mane olan ölkə Ermənistan yox, İrandır. İranın əvvəlki siyasəti dəyişməyib. Sadəcə, İranla bağlı müsbət məqam odur ki, prezidenti Məsud Pezeşkian Azərbaycan türküdür və daha praqmatik şəxsdir". 


E.Musayev diqqətə çatdırıb ki, Paşinyanın əsas məqsədi prosesi 2026-cı ilədək uzatmaqdır: 

"İndiki halda baş nazirin hansısa addım atması onun gələcək hakimiyyətinin sual altına düşməsidir. Rusiya aşkar formada erməni müxalifətinə dəstək verir. İstənilən anda Rusiya tərəfdən Ermənistan hökumətinə qarşı təxribatlar mümkündür. Rusiyanın öz dövlətçilik fəlsəfəsi, siyasəti var. Rusiya işğalçılıq siyasətindən, imperiya ambisiyalarından geri çəkilməyib. Ancaq Moskva qarşısında güc olduğunu gördükdə onunla hesablaşmaq məcburiyyətində qalır. Yox, görsə ki, qarşısındakı zəifdir, onu əzmək olar, öz imperiya siyasətini yürüdür. Kreml Cənubi Qafqazı, Orta Asiyanı öz nəzarətində saxlamaq istəyir. İran və Rusiyanın siyasəti dəyişmədiyinə görə, Azərbaycan hər an güclənməli, eyni zamanda güclü müttəfiqləri olmalıdır. ABŞ ilə də əlaqələri genişləndiririk. ABŞ hər zaman dünyada söz sahibidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see283

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see145

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see130

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri