Icma.az
close
up
RU
Ermənistan bu məktubu imzalamaqla öz mövqeyindən geri çəkilməli oldu

Ermənistan bu məktubu imzalamaqla öz mövqeyindən geri çəkilməli oldu

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan tərəfi Vaşinqtonda sülh müqaviləsi imzalamadan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-ə birgə müraciət məktubunu imzalamaqla öz mövqeyindən geri çəkilməli oldu.

Həmçinin oxuyun:

XİN Prezidentin ABŞ-a səfərinin nəticələrinə dair məlumat yaydı

Globalinfo.az bildirir ki, APA-nın diplomatik mənbədən əldə etdiyi xəbərə görə, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-ə birgə müraciət məktubunun ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində vacib addım kimi dəyərləndirilməlidir. Beləliklə, bu müraciətlə Ermənistan tərəfi də Minsk Qrupu və onunla əlaqəli strukturların hazırkı şəraitdə adekvat və lazımlı olmadığı həqiqətini qəbul edib.

Məlum olduğu kimi, Ermənistan tərəfi Minsk Qrupunun ləğvini ikitərəfli sazişin (sülh müqaviləsinin) imzalanması ilə şərtləndirirdi. Buna baxmayaraq, Ermənistan tərəfi Vaşinqtonda sülh müqaviləsi imzalamadan qeyd edilən birgə müraciəti imzalamaqla öz mövqeyindən geri çəkilməli oldu. Nəticə etibarilə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində əldə edilmiş tarixi nəticələr Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin irəli aparılması baxımından əlamətdar oldu. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ilə regionda yaratdığı reallıq dünyanın bir nömrəli siyasi paytaxtında ən yüksək səviyyədə təsdiq edildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see286

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see204

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see138

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see137

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see137

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see137

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see135

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see134

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see132

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see131

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see129

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see128

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see127

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see125

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see125

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see124

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see121

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see120

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see120

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri