Icma.az
close
up
RU
Azərbaycan gücün yeni modelini dünyaya göstərdi

Azərbaycan gücün yeni modelini dünyaya göstərdi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan uzun illər torpaqlarının işğaldan azad olunması üçün beynəlxalq ictimaiyyətə ümid bəslədi. İnanmaq istədi ki, gec-tez beynəlxalq hüququn norma və prinsipləri qalib gələcək. Çünki BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Amma təəssüf ki, bu qətnamələr kağız üzərində qaldı, beynəlxalq təşkilatlar isə susqunluq nümayiş etdirdi.

Azərbaycan bu ədalətsizliyə göz yuma bilməzdi. Tarix boyu formalaşmış hüququnu bərpa etmək üçün 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi vasitəsilə işğala son qoydu. Öz hərbi, iqtisadi və siyasi gücünə arxalanaraq, beynəlxalq hüququ bərpa etdi və regionda tamamilə yeni bir reallıq yaratdı. Bu yeni reallıq təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmadı, həm də Cənubi Qafqazda sabitliyə səbəb oldu, əməkdaşlığın əsas şərti olan sülhə yol açdı.

Fəqət, bu Zəfərin təməli illər öncə qoyulmuşdu.1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı dərin siyasi, iqtisadi və hərbi böhran dövlətçiliyimizi böyük təhlükə altına almışdı. Belə bir çətin və taleyüklü dövrdə xalqın israrlı tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəni dağılmaqdan xilas etdi.

Məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatda ciddi islahatlar həyata keçirildi. Neft sənayesinin inkişafı, xarici sərmayələrin cəlb olunması və ticarət əlaqələrinin genişləndirilməsi ilə Azərbaycanın iqtisadiyyatı sürətlə dirçəldi, ölkədə sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Eyni zamanda, nizami ordu quruculuğu istiqamətində sistemli işlərə start verildi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun strukturunda əhəmiyyətli dəyişikliklər baş verdi. Hərbi təhsil və təlim prosesləri gücləndirildi, hərbi xidmətə çağırış sistemində islahatlar aparıldı. Bu, həm də Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və suverenliyinin bərpası istiqamətində atılan mühüm addım oldu. Onu da qeyd edək ki, ordu quruculuğu iqtisadi inkişafla paralel şəkildə aparıldı. H.Əliyev Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, ordunun maddi-texniki cəhətdən təchiatını da artırmağa başladı. Ölkəmiz artıq öz silahlarını istehsal edən imkana malik oldu. Bu, həm hərbi gücün artırılmasına, həm də ölkə iqtisadiyyatının diversifikasiyasına müsbət təsir göstərdi. Azərbaycan, həmçinin beynəlxalq hərbi təlimlərdə iştirak etməyə başladı ki, bu da ordunun döyüş hazırlığının artırılmasına kömək etdi. Müasir silahlar və texnologiyalar, o cümlədən yüksək dəqiqlikli raket sistemləri, pilotsuz uçuş aparatları (PUA-lar) və elektron müharibə sistemləri orduya inteqrasiya olundu.

Bu dəyişikliklər Azərbaycanın hərbi qüdrətini artırmaqla yanaşı, həm də ölkənin beynəlxalq təhlükəsizlik sahəsində mövqeyini gücləndirdi. Ordu, sadəcə, bir döyüş qurumu deyil, həm də xalqın birliyinin və vətəndaş qürurunun təcəssümü oldu.

Ulu öndərin təməli qoyulduğu bu strateji xətt Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Azərbaycan iqtisadi cəhətdən gücləndi, regional liderə çevrildi, müasir və peşəkar ordu quruldu. Bütün bu illər ərzində torpaqlarımızın işğaldan azad olunması, milli qürurumuzun bərpası xalqımızın əsas milli hədəfi olaraq qaldı. 44 günlük Vətən müharibəsi bu hədəfin reallaşmasının təntənəsinə çevrildi. Bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda deyib: “Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində suverenliyimizi tam bərpa etdik. Bununla da barışmağa məcbur oldular”.

Qeyd edək ki, Qarabağda əldə edilən qələbə yalnız hərbi və diplomatik zəfər deyil, həm də Azərbaycan xalqının və dövlətinin gücünün, iradəsinin və birliyinin simvoludur. Müharibə zamanı xalqın və ordunun bir məqsəd uğrunda birləşməsi torpağa və dövlətə bağlılığını nümayişi idi. Xalqın rəhbərliyə və orduya olan inamı, işğalçıya qarşı döyüşün yalnız hərbi deyil, həm də milli mücadilə olduğunu sübut etdi. Ön cəbhədə əsgər, arxa cəbhədə vətəndaş, informasiya cəbhəsində diaspor – hər kəs bu mübarizənin bir parçasına çevrildi. İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda savaşda tərəddüdsüz birlik nümayiş etdirdilər.

Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi.

Beləliklə, qələbəni şərtləndirən əsas amillər Azərbaycanın ordusu, Ali Baş Komandan İlham Əliyev və xalqın birliyidir. Bu qələbə yalnız indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də böyük bir miras oldu. Ölkəmizin müstəqillik və ərazi bütövlüyü anlayışlarını daha da möhkəmləndirdi və bu dəyərləri gələcək nəsillərə ötürdü. Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirdi, eyni zamanda, Cənubi Qafqazdakı strateji mövqeyini daha da möhkəmləndirdi. Tarixi qələbəmiz həm də digər dövlətlərlə olan əlaqələrimizdə yeni bir dövrün başlanğıcı oldu. Bu baxımdan Qarabağda əldə edilən qələbəni həm də siyasi cəhətdən tam qələbə hesab etmək olar.

Beləliklə, Azərbaycan xalqının iradəsi, əzmkar mübarizəsi və Prezidentin strateji liderliyi nəticəsində əldə edilən bu zəfər, yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bu, həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli birliyin güclənməsi və gələcək inkişaf üçün möhkəm təməlin qoyulması deməkdir.

Sonda bir daha qeyd edək ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etməklə yanaşı, regionda sabitliyin qorunması və ölkəmizin dünya miqyasında nüfuzunun artması üçün uzunmüddətli strateji addımlar atmışdı. İlham Əliyev isə bu irsi uğurla davam etdirərək, Qarabağ məsələsinin həlli üçün həm daxili, həm də xarici siyasət sahəsində böyük uğurlara nail oldu.

Qarabağ zəfəri, həmçinin regiondakı digər münaqişələrdən fərqli olaraq, Azərbaycan xalqının və dövlətinin vəhdətindən yaranan monolitliyi, gücü – “dəmir yumruğu” göstərdi. Azərbaycanın bu yeni modelinin bütün cəbhələrdə üstünlükləri barədə bundan sonra da çox yazılacaq. Bu model, sadəcə, Qarabağın geri qaytarılması deyil, həm də Azərbaycanın ərazi bütövlüyünü qorumağa yönəlmiş tarixi addım kimi yadda qalacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri