Icma.az
close
up
RU
Azərbaycan bacarığını bütün dünyaya GÖSTƏRDİ

Azərbaycan bacarığını bütün dünyaya GÖSTƏRDİ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün tədbirin üçüncü günüdür.

Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Dünyanın dörd bir yanından gələn dövlət və hökumət başçıları - Britaniya, İtaliya, İspaniya, Danimarka, Belçika, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya, Afrika və Cənubi Amerika, kiçik ada dövlətlərinin və digər ölkələrin liderləri, eləcə də Avropa İttifaqı Şurası kimi təşkilatların rəhbərləri tədbirdə çıxış edib və müxtəlif görüşlərdə iştirak ediblər. Tədbirin miqyası onun nə qədər əhəmiyyətli olmasından xəbər verir.

Qısa zaman kəsiyində Azərbaycan tədbirdə çox yüksək səviyyədə hazırlaşıb və xarici ölkələrin liderləri də tədbirin çox yaxşı təşkil edildiyini bildiriblər.

Tədbirin siyasi əhəmiyyətini Modern.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, COP29 dünyada gedən çox böyük prosesdir.

"Bəzi insanlar bunun yalnız iqlimlə bağlı olduğunu düşünürlər. Lakin bunun müxtəlif ölkələrin iqtisadiyyatına təsiri çox böyükdür. Bir çox ölkələrdə hansısa malın satışı vaxtında orada istehsal zamanı karbon qazının ətraf mühiti nə qədər çirkləndirdiyi göstərilir. Gələcəkdə buna görə hansısa vergi və cərimələr nəzərdə tutulacaq. Çox hallarda istehlak fərqi var. Bəzi ölkələrdə çox mal istehlakı olub. Kasıb Afrika ölkələrində istehlak aşağıdır. Karbon çirklənməsində payı çox olan ölkələri ümumi fonda pul köçürməyə məcbur edəcəklər. Artıq dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələrin Çin, ABŞ və Hindistan kimi ölkələr olduğu bilinir. Tədbirə qatılmayan ölkələr bilirlər ki, burada iştirak etsələr, onlara iradlar tutulacaq. Formalaşmış fondun üçdə bir hissəsini ABŞ verməlidir. Ən çox karbon emissiyasının artmasına yol verən 5-6 ölkə var.  Hazırki durumun səbəbkarı 60-70 faiz onlardır. 1 trilyona yaxın fond yığılmalıdır. Artıq 100 milyardın yığılması bu il üçün nəzərdə tutulur. Amma gələn il üçün müxtəlif təkliflər var. Təsəvvür edin, 100 milyard pul yığılmalıdır. Həmin  ölkələrdən bu pulları tələb edib yığmaq, təbii ki, asan deyil".

Sabiq nazir vurğulayıb ki, bəzi ölkələr iqlim dəyişmələri ilə mübarizəyə daha çox pul xərcləməmək üçün Bakıdakı tədbirə qatılmayıblar:

"Digər yandan belə mövqe də vardı ki, qaz, karbon və neft istehsal edənlərə qarşı xüsusi vergi tətbiq edilsin. Bu  böyük maraqlara ziyan gətirən mövqe idi. Olduqca mürəkkəb məsələdir. Çox yaxşı haldır ki, biz bu mürəkkəb proseslərə ev sahibliyi edir, gedən danışıqlarda öz mövqe və maraqlarımızı müdafiə edirik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri