Icma.az
close
up
RU
Azərbaycan gərginliyi artan dünyaya öz modelini təklif edir ŞƏRH AZƏRTAC

Azərbaycan gərginliyi artan dünyaya öz modelini təklif edir ŞƏRH AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin bir neçə gün əvvəl “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi hər bir fikir dünyaya ciddi mesajdır. Dövlətimizin başçısının müsahibəsi dünyanın aparıcı media vasitələrində geniş işıqlandırılır. Hazırda informasiya resursları dövlətimizin başçısının müxtəlif mövzularla bağlı səsləndirdiyi fikirləri yaymaqda davam edir. Cəmi otuz üç illik müstəqillik tarixi olmasına baxmayaraq, artıq Azərbaycan dünyada söz sahibinə çevrilmiş dövlətdir. Dünyada nüfuz qazanmış beynəlxalq təşkilatların fəal üzvü və bir sıra hallarda həmin qurumların bəzilərinə müəyyən vaxtlarda sədrlik etmiş ölkəmiz bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Uzun illərdir ki, Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır. Elə buna görə də, dünyanın güc mərkəzlərinin səlahiyyətli nümayəndələri bir sıra qlobal məsələlərin müzakirəsini məhz Azərbaycanda aparmağa üstünlük verirlər. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin məntiqi nəticəsidir. Dövlətimizin başçısının “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlər də bunu təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov deyib.

Siyasi şərhçi bildirib ki, dövlət başçımız dünyada ikili siyasət yeridən, demokrat qiyafəsində zühur edən, regionlarda münaqişələri alovlandıran, işğalçı ölkələri öldürücü silahlarla təchiz edən dövlətləri də kəskin tənqid edib və onlara ciddi mesajlar göndərib. Yəni, işğalçılıq meyillərindən əl çəkə bilməyən Ermənistanı silahlandıran Fransa, Hindistan, ABŞ bununla heç nəyə nail ola bilməyəcək. Çünki artıq Azərbaycanın dünyada 50 ordudan biri olan güclü, qüdrətli silahlı qüvvələri var. Dünyanın aparıcı media vasitələri də Azərbaycan Prezidentinin müsahibəsində bu fikirlərə xüsusi önəm verərək yazıblar ki, Prezident İlham Əliyev ABŞ-dakı sorosçuları Ermənistana silah göndərməməyə çağırıb və bu addımın yeni müharibəyə səbəb ola biləcəyinə işarə edib. Dövlətimizin başçısı vurğulayıb ki, “Erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”. Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Bununla yanaşı diqqətə çatdırılıb ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır.

Ə.Bədəlov qeyd edib ki, Ermənistanın öldürücü silahlarla təchiz edilməsi, münaqişəni yenidən alovlandırmağa cəhd edən bir sıra riyakar dövlətlərin çirkin kampaniyaları cavabsız qalmır. Bütün bunların fonunda dövlətimizin başçısı Azərbaycanın adekvat tədbirlər görməyə məcbur olduğunu bildirib: “2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq. Təbii ki, belə təhdidlər olmasaydı, həmin xərclər hərbi büdcəyə yox, Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurmaya, tikinti-bərpa işlərinə, mədəni irsimizin bərpasına, sosial ödənişlərə və digər zəruri sahələr üçün istifadə edilərdi. Lakin biz bunu etməyə məcburuq və edəcəyik”. Prezident İlham Əliyev əlavə edib ki, ermənilər İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar.

Siyasi şərhçi dövlətimizin başçısının müsahibəsində ciddi mesajlardan birinin də Ermənistana və onun havadarlarına ünvanlandığını bildirib: “Həmçinin, başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”.

Ə. Bədəlov deyib ki, müsahibədə diqqət çəkən məqamlardan biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hələ də imzalanmamasına aydınlıq gətirilməsidir. Dövlətimizin başçısı bu məsələyə də aydınlıq gətirdi və Nikol Paşinyanın ictimaiyyətdən gizlətdiyi iki bəndi ilk dəfə açıqladı: “İndiyə qədər Ermənistan mütəmadi olaraq bu haqda danışırdı, lakin Paşinyan da daxil olmaqla erməni rəsmilər “razılaşdırılmayan maddələrin” nələri ehtiva etdiyini gizlədirdi. Gizlədilən iki maddə “Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası” və “Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılması”dır. Əslində, Ermənistan birinci maddə ilə razılaşmaq məcburiyyətindədir. Çünki İrəvanın bundan imtina etməsi Azərbaycana vurulan zərərin – təqribən 150 milyard dollar – ödənilməsi reallığı ilə üzləşməsi deməkdir. Azərbaycan Prezidenti bununla bağlı xəbərdarlıq mesajı göndərdi. İkinci maddə – Aİ-nin müşahidəçilərinin bölgədə olması vəziyyəti daha da çətinləşdirir. Çünki “müşahidəçi” adı altında bölgədə 1500 nümayəndənin olduğu haqda məlumatlar var. Eyni zamanda, sülh variantının reallaşdırılması üçün digər amillərdən biri də Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyanın dəyişdirilməsidir. Həmçinin ATƏT-in mövcud olmayan Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan Azərbaycanla eyni mövqedən çıxış etməlidir”.

“Prezident İlham Əliyev bu müsahibəsində əsl liderin nələrə qadir olduğunu bəyan etdi və vurğuladı ki, lider problemlərə real, obyektiv yanaşmalı, reallıqları olduğu kimi dərk etməli və buna uyğun qərarlar qəbul etməlidir. Belə olduğu halda qlobal problemlərin həllinə töhfə vermək olar. Bu gün Azərbaycanın dünyada getdikcə artan münaqişələrin, qarşıdurmaların fonunda sabitlik məkanı kimi qəbul edilməsi də əsl Liderin düzgün müəyyənləşdirdiyi strategiyanın məntiqi nəticəsidir. Bütün bunlar Azərbaycanın gərginliyi artan dünyaya öz modelini təklif etməsinə imkan verir” - deyə, Ə.Bədəlov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri