Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan münasibətləri Avrasiyada çoxşaxəli əməkdaşlığı təşviq edir

Azərbaycan Gürcüstan münasibətləri Avrasiyada çoxşaxəli əməkdaşlığı təşviq edir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin nə qədər dərin və strateji olduğunu bir daha nümayiş etdirir. Bu görüşlər zamanı tərəflər siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini ətraflı müzakirə ediblər. Prezidentlərin bəyanatları, həmçinin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında əsrlərlə formalaşan mehriban qonşuluq və qarşılıqlı etimad müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək regionun və daha geniş coğrafiyanın inkişafında mühüm rol oynamaqdadır. Tarixi köklərə söykənən bu münasibətlər hərtərəfli əməkdaşlıq və gələcəyə doğru davamlı inkişaf xətti üzrə irəliləyir.
Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında münasibətlərin xüsusi rəmzi mahiyyət daşıdığını göstərir. Liderlər səviyyəsində yüksək təmaslar mütəmadi olaraq davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev indiyədək Gürcüstana 11 dəfə səfər etmişdir ki, bu da əməkdaşlığın prioritetliyini bir daha təsdiqləyir.
İki ölkə arasında əməkdaşlığın ən güclü sütunlarından biri enerji və nəqliyyat sahəsində birgə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi layihələri nəinki ikitərəfli maraqlara, həm də Avropanın enerji təhlükəsizliyinə xidmət edir. Prezident İlham Əliyev bəyanatında bildirib: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.
Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu Orta Dəhlizin əsas komponenti olaraq Şərqlə Qərbi birləşdirən strateji alternativ nəqliyyat arteriyasıdır. Son illərdə həm Gürcüstanda, həm də Azərbaycanda liman infrastrukturlarının gücləndirilməsi bu dəhlizi daha da rəqabətqabiliyyətli edir.
Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi Azərbaycan və Gürcüstanın əsas prioritetlərindəndir. Hər iki dövlət uzun illərdir ki, regionda bu istiqamətdə fəal əməkdaşlıq edir və bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Prezident İlham Əliyev bəyanatında vurğulayıb: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir”.
Ölkələr arasında ali səviyyədə formalaşmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın möhkəm təməlini təşkil edir. XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları ikitərəfli münasibətlərin institusional dayanıqlığını gücləndirir. Azərbaycan Respublikasının Milli Məclisində Gürcüstanla əlaqələr üzrə işçi qrupu, Gürcüstan Parlamentində isə Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir.
Azərbaycan və Gürcüstan arasında 119 ikitərəfli sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığın möhkəm hüquqi əsasını təşkil edir və onun sabit inkişafını təmin edir. Bu dost dövlətlər BMT, ATƏT, GUAM, QDİƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyi və milli maraqlarını dəstəkləməklə nümunəvi beynəlxalq əməkdaşlıq sərgiləyirlər.
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı təkcə iki ölkənin milli maraqlarına deyil, həm də regionun rifahına, enerji təhlükəsizliyinə və nəqliyyat inteqrasiyasına xidmət edir. Siyasi dialoqun fəallığı, ortaq layihələrin miqyası və strateji baxışlar bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə əminlik yaradır. Prezident İlham Əliyev bəyanatında bu fikri əminliklə qeyd edib: “Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.

Asif Əsgərov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri