Boçorişvili: Gürcüstan Türkiyə Azərbaycan əməkdaşlığı indi daha böyük əhəmiyyət kəsb edir
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"Bölgəmizdə Gürcüstan-Türkiyə-Azərbaycan formatında uğurlu əməkdaşlığın nümunəsi var. Ölkələr arasında onilliklər ərzində qurulan strateji tərəfdaşlıq bu gün təhlükəsizlik baxımından daha da böyük əhəmiyyət kəsb edir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Türkiyədə keçirilən "Müttəffiqlər Ankarada" (“Allies in Ankara”) forumunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, üç ölkə arasında birgə həyata keçirilən enerji layihələri və nəqliyyat dəhlizləri bu gün tamamilə fərqli əhəmiyyət kəsb edir.
XİN başçısı mövcud geosiyasi kontekstə Cənubi Qafqazın və Qara dəniz regionunun strateji əhəmiyyətinin artırdığını vurğulayıb.
"Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verənlər nəzərə alınmaqla, Qara dəniz bölgəsinə, Cənubi Qafqaza və Gürcüstana münasibət dəyişir”, - Boçorişvili əlavə edib.
Nazir, mühüm geoiqtisadi və geosiyasi məkanı təmsil edən Orta Dəhlizin artan rolunu da qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 İyul 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















