Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan arasında əlaqələr strateji əhəmiyyət daşıyır Deputat

Azərbaycan Gürcüstan arasında əlaqələr strateji əhəmiyyət daşıyır Deputat

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüş iki dövlət arasındakı əlaqələrin strateji dərinliyini və regional əhəmiyyətini bir daha ön plana çıxardı. Mətbuata bəyanatlarla çıxış edən iki lider siyasi-iqtisadi və strateji sahələrdə əməkdaşlığı nəzərdən keçirərək tərəfdaşlığın gələcək perspektivlərini müəyyənləşdirdi. Bu görüş iki ölkənin yalnız yaxın qonşular deyil, həm də regionda və beynəlxalq arenada vacib tərəfdaşlar olduğunu bir daha sübut etdi.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Deputatın sözlərinə görə,  Azərbaycan və Gürcüstan əsrlər boyu mehriban qonşuluq, mədəni inteqrasiya və qarşılıqlı hörmət əsasında münasibətlər qurublar.

"Dövlətimizin başçısı çıxışında Gürcüstanın daxili sabitliyinin və siyasi uğurlarının Cənubi Qafqaz regionunun gələcəyi üçün vacib olduğunu vurğulayıb. Parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk xarici səfərini ölkəmizə etməsi iki dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin effektivliyini nümayiş etdirir. Hər iki ölkənin liderləri qeyd etdilər ki, siyasi münasibətlərin inkişafı yalnız hökumətlərarası əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər, həmçinin xalqlar arasında əlaqələrin möhkəmlənməsi, mədəni inteqrasiya və ümumi maraqların qorunmasına əsaslanır. Siyasi sabitlik və əməkdaşlıq regionda sülhün və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır.

Bu dost dövlətlər arasında iqtisadi əlaqələr də strateji əhəmiyyət daşıyır. Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir və 3,6 milyard dollar həcmində sərmayə ilə bu ölkənin iqtisadi inkişafına mühüm töhfə verib. Həmin investisiyalar enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Enerji sektoru isə bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Cənab İlham Əliyev vurğulayıb ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir: “Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək...”.

Azərbaycan və Gürcüstanın strateji əməkdaşlığı ekoloji baxımdan böyük əhəmiyyət daşıyan yaşıl enerji layihələrində də özünü göstərir. Yeni hədəflər iki ölkənin gələcəyə yönəlmiş strateji baxışını əks etdirir. Bu layihələr həm regionun dayanıqlı inkişafına töhfə verir, həm də qlobal miqyasda enerji keçidinə dəstək göstərir.

Birgə həyata keçirilən Orta Dəhliz layihəsi Avropa və Asiya arasında ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edir. Hər iki dövlət bu layihənin uğurla başa çatdırılması üçün sıx koordinasiya şəklində çalışır. Nəqliyyat infrastrukturu, xüsusilə rəqəmsallaşdırma layihələri birgə əməkdaşlığı daha da möhkəmləndirir.

Orta Dəhliz təkcə tranzit və nəqliyyat üçün bir koridor deyil, həm də mədəni və iqtisadi mübadilə üçün yeni imkanlar yaradır. Bu layihə regionun geosiyasi əhəmiyyətini artıraraq Azərbaycanın və Gürcüstanın beynəlxalq arenada mövqelərini gücləndirir.

Azərbaycan və Gürcüstan xalqları arasında mədəni inteqrasiya və dostluq münasibətləri də iki ölkənin əməkdaşlıq ruhunu təcəssüm etdirir. Hər iki dövlət mədəni layihələr, təhsil mübadilələri və digər sosial proqramlar vasitəsilə xalqları bir-birinə daha da yaxınlaşdırır. İrakli Kobaxidzenin səfəri yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də bu mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. İki dövlət arasında yeni perspektivlərin açılmasına xidmət edən yaşıl enerji, rəqəmsallaşdırma, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq genişləndirilərək regionun inkişafına töhfə verəcəkdir.

Liderlərin görüşündə qeyd edilənlər göstərir ki, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, ümumilikdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Həm iqtisadi, həm də siyasi sabitlik baxımından bu əməkdaşlıq Cənubi Qafqazda uzunmüddətli rifah və inkişaf üçün əsas təməl rolunu oynayır.

Yanvarın 17-də keçirilən görüş Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin strateji gücünü bir daha nümayiş etdirdi. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarını deyil, həm də geniş bir regionun gələcək inkişafını əhatə edir. Siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu əməkdaşlıq bu tərəfdaşlığın davamlı və sarsılmaz olduğunu göstərir.

Azərbaycan və Gürcüstan, Avropa və Asiya arasında körpü rolunu oynayaraq, regionun və dünyanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və sabitliyinə mühüm töhfə verməyə davam edəcəkdir". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Yanvar 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri