Icma.az
close
up
RU
Azərbaycan, Gürcüstan və Qazaxıstan vahid tarif elan edir Nəticə nə olacaq?

Azərbaycan, Gürcüstan və Qazaxıstan vahid tarif elan edir Nəticə nə olacaq?

Icma.az, Modern.az saytına istinadən bildirir.

"Qazaxıstan Dəmir Yolu" SC-nın yaydığı məlumata görə, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca vahid uzunmüddətli tarif müəyyən etmək barədə razılaşıblar.

Bu qərar "Qazaxıstan Dəmir Yolu", "Azərbaycan Dəmir Yolları" və "Gürcüstan Dəmir Yolu" tərəfindən Almatıda VII Beynəlxalq nəqliyyat-logistika biznes forumu "New Silk Way" çərçivəsində imzalanan "Orta Dəhlizdə "darboğazlar"ın aradan qaldırılması üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, vahid tarifin tətbiqi bütövlükdə region üzərindən daşınan yüklərin həcminin artırılması baxımından vacibdir:

"Azərbaycan, Qazaxıstan və Gürcüstan artıq uzun müddətdir ki, vahid tarifin tətbiqi ilə bağlı müzakiərlər aparırdılar. Vahid tarfin tətbiqi bütövlükdə region üzərindən daşınan yüklərin həcminin artırılması baxımından vacibdir. Bu, yükdaşıma ilə məşğul olan şirkətlər, iş adamları üçün praktiki olaraq regiondan daha qısa müddətdə və uyğun xərclə yüklərini daşınmasına imkan yaradacaq. Gözlənti ondan ibarətdir ki, vahid tarifin müəyyənləşməsi Orta Dəhlizin imkanlarının genişlənməsinə gətirib çıxaracaq".

Parlamentari vurğulayıb ki, vahid tarifin tətbiqi  Azərbaycan, Gürcüstan və Qazaxıstan üzərindən yüklərin həcminin artımına səbəb olacaq:

"Məhz bu səbəbdən,artıq “Bakı-Tbilisi-Qars” dəmir yol xəttinin yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Gözlənti də ondan ibarət idi ki, həm vahid tarifin tətbiqi, həm Orta Dəhlizin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq. Xüsusilə də Azərbaycan, Gürcüstan və qardaş Mərkəzi Asiya respublikalarını qeyd etmək lazımdır. O baxımdan bu praktiki olaraq həm Gürcüstan, həm də Mərkəzi Asiya türk dövlətlərinin beynəlxalq  yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri