Icma.az
close
up
RU
Azərbaycan heç bir ölkənin enerji modelini olduğu kimi təkrarlamır MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan heç bir ölkənin enerji modelini olduğu kimi təkrarlamır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mingəçevir uzun illərdir ki, Azərbaycanın energetika paytaxtı hesab olunur. Ötən əsrdə bu şəhər bir neçə mərhələdə ölkənin enerji təhlükəsizliyi baxımından mühüm hadisələrin mərkəzinə çevrilib. Burada inşa edilən su elektrik stansiyası və onun sonradan istismara verilən yeni blokları ölkəmizin enerji istehsal gücünü əhəmiyyətli dərəcədə artırıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Mingəçevirin energetika potensialı daha da genişləndirildi: "Bu inkişaf sayəsində ölkənin iqtisadi böyüməsinə və sənaye sahələrinin genişlənməsinə real zəmin yaradıldı. Çünki hər bir güclü iqtisadiyyatın əsasında dayanıqlı enerji təminatı dayanır. Enerji generasiyası müasir dövrün qaçılmaz və zəruri tələbidir. Bu baxımdan Azərbaycanın atdığı strateji addımlar ölkənin gələcək inkişafının əsas dayaqlarından biri kimi dəyərləndirilə bilər. Azərbaycanın energetika sahəsində atdığı addımlar həm daxili tələbatı ödəməyə, həm də ixrac potensialını artırmağa xidmət edir. Mingəçevir isə bu sahədəki irəliləyişlərin və uğurların simvoluna çevrilib. Bu gün Azərbaycanın enerji siyasəti çoxşaxəli və balanslı yanaşma ilə həyata keçirilir. Bir tərəfdən rəqəmsallaşma sürətlə aparılır, digər tərəfdən isə alternativ və bərpa olunan enerji mənbələrinin – xüsusən günəş və külək enerjisinin istehsalı və nəqli istiqamətində mühüm addımlar atılır.

Bu sahədə qonşu ölkələrlə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Regional enerji kooperasiyası sayəsində Azərbaycan yalnız öz enerji təhlükəsizliyini deyil, eyni zamanda Avropa ölkələrinin enerji təminatında da mühüm rol oynayır. Xüsusilə elektrik enerjisinin ixracı baxımından ölkəmiz mühüm tranzit və istehsal mərkəzinə çevrilib. Azərbaycan bu gün elektrik enerjisini Türkiyə, Gürcüstan, İran, hətta Rusiya kimi ölkələrə ixrac edir. Azərbaycanın bu istiqamətdə yeritdiyi siyasət strateji cəhətdən həm daxili ehtiyacları qarşılayır, həm də ölkəmizə iqtisadi dividentlər qazandırır. Eyni zamanda bu siyasət beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Gələcəyə baxdıqda isə görünür ki, ölkəmizin seçdiyi bu məram, yəni bərpa olunan enerjilərin inkişafı, regional inteqrasiya və ixrac yönümlü enerji siyasəti vaxtında və düzgün verilmiş qərarlar nəticəsində daha da əhəmiyyətli nəticələr doğuracaq.

Azərbaycanın enerji siyasəti təsadüfi və ya kortəbi şəkildə deyil, əksinə, dərindən işlənmiş proqramlara əsaslanaraq mərhələli şəkildə həyata keçirilir. Bu sahədə dövlət başçısının birbaşa nəzarəti və təşəbbüsləri prosesin effektivliyini təmin edir. İstər yeni enerji bloklarının inşası, istərsə də mövcud blokların istehsal gücünün artırılması müasir texnoloji həllər əsasında icra olunur. Eyni zamanda Azərbaycan bu sahədə bir sıra beynəlxalq tərəfdaşlarla, o cümlədən İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrlə sıx və məhsuldar əməkdaşlıq edir. Bu əməkdaşlıqlar nəticəsində ölkəyə müasir texnologiyalar gətirilir və onların tətbiqi genişlənir. Enerji sahəsinin modernləşdirilməsi həm də yeni texnoloji trendlərin ölkə daxilində sürətli tətbiqini təşviq edir. Bu strateji yanaşmanın ayrılmaz hissəsi kimi, Mingəçevirdə və digər regionlarda enerji sahəsinə yönəlik ixtisaslaşmış təhsil müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə gənc mütəxəssislər yeni bilik və bacarıqlarla silahlandırılır, onlara müasir enerji texnologiyaları öyrədilir. Beləliklə, Azərbaycanda yalnız enerji istehsalı deyil, eyni zamanda bu sahədə peşəkar kadr bazasının formalaşdırılması da təmin olunur. Bu gün Azərbaycan enerji sahəsində yalnız istehsalçı yox, eyni zamanda elmi-texniki bilikləri tətbiq edən və ixrac edən bir mərkəzə çevrilməkdədir. Bütün bu proseslər ölkədə enerji zəncirinin – istehsaldan insan kapitalının formalaşmasına qədər vahid bir sistem olaraq uğurla işlədiyini göstərir".

Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətində müşahidə edilən uğurlar təsadüfi deyil: "Bu, ilk növbədə ölkə başçısının məsələni kompleks və strateji yanaşma ilə idarə etməsinin nəticəsidir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və liderliyi nəticəsində enerji sahəsində bütün zəncirvari proseslər planlaşdırmadan icraya, istehsaldan ixraca qədər vahid bir sistemə çevrilib. Bu yanaşma təkcə daxili siyasət üçün deyil, həm də Azərbaycanın xarici siyasət strategiyasında əhəmiyyətli rol oynayır. Azərbaycan heç bir ölkənin enerji modelini olduğu kimi təkrarlamır. Əksinə, ölkə öz müstəqil enerji modelini formalaşdıraraq regional və qlobal enerji xəritəsində fərqlənməyi bacarıb. Əlbəttə, müəyyən sahələrdə dünya təcrübəsindən, müxtəlif ölkələrin uğurlu praktikasından yararlanılır. Lakin bütövlükdə, Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulan və yerli reallıqlara uyğunlaşdırılmış özünəməxsus bir yanaşmadır. Bu strategiyanın əsasında Ümummilli Lider Heydər Əliyevin qoyduğu təməl dayanır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəni beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaşa çevirmişdir. Nəticədə, artıq bir sıra ölkələr Azərbaycanın enerji sahəsində tətbiq etdiyi model və təcrübə ilə maraqlanır, onu öyrənir və bəzi hallarda öz enerji sistemlərində tətbiq edirlər. Azərbaycanın bu sahədə qazandığı nüfuz və təcrübə ölkəmizi təkcə resurs ixrac edən deyil, həm də enerji siyasəti ixrac edən dövlətə çevirir. Bu isə müasir dövrdə strateji üstünlüyün və milli gücün vacib göstəricilərindən biridir. Mövcud enerji strategiyamızın davam etdirilməsi və inkişaf etdirilməsi Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biridir. Artıq bu istiqamətdə müəyyən edilmiş strateji xətt uğurla tətbiq olunur və ölkəmizin malik olduğu potensial bu siyasətin həm dərinləşdirilməsinə, həm də daha geniş miqyasda reallaşdırılmasına imkan yaradır. Bu prosesdə öncə təhlükəsizlik təmin olunur, daha sonra isə planlaşdırılmış enerji layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi gəlir. Xüsusilə, nəzərə almaq lazımdır ki, enerji təhlükəsizliyi yalnız texniki və iqtisadi məsələlərlə məhdudlaşmır, burada fiziki təhlükəsizliyin də rolu olduqca böyükdür. Bunu 44 günlük Vətən müharibəsi bir daha sübut etdi. Həmin dövrdə düşmən qüvvələri Mingəçevirə – ölkəmizin strateji enerji mərkəzinə raket zərbələri endirməyə cəhd etdilər. Lakin bu obyekt yüksək səviyyədə mühafizə olundu və heç bir zərər görmədi. Bu, həm dövlətimizin müdafiə gücünün, həm də enerji sahəsinə verilən önəmin bariz göstəricisidir.

Azərbaycanın enerji infrastrukturu həm texniki, həm siyasi, həm də hərbi cəhətdən qorunur. Bu sahədə Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində enerji təhlükəsizliyi yalnız nəzəri strategiya deyil, həm də real və praktiki təminat formasında özünü göstərir. Əgər dost ölkələr Azərbaycanın uğurlarına sevinir və bu təcrübədən faydalanmağa çalışırlarsa, bəzi düşmən qüvvələr isə bu inkişafı dayandırmağa, ölkəmizi geri salmağa çalışırlar. Lakin bu cəhdlərin uğursuzluğa düçar olması artıq zamanın və reallığın təsdiq etdiyi həqiqətdir. Ona görə də, əminliklə demək olar ki, Azərbaycanın enerji strategiyası həm texnoloji baxımdan, həm siyasi baxımdan, həm də təhlükəsizlik müstəvisində davamlı və dayanıqlıdır. Bu da gələcəyə olan ümidlərimizi daha da gücləndirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see187

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see146

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see120

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see118

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see117

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see115

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see115

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see114

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see114

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see113

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see113

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see113

“Mançester Siti” “Əl Əyn”ni darmadağın etdi

23 İyun 2025 07:18see112

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

23 İyun 2025 14:35see112

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see111

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see110

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri