Icma.az
close
up
RU
“Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir” MÜNASİBƏT BİLDİRİLDİ

“Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları son günlər artıb. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.


Turan Rzayev sözlərinə belə davam edib: “N.Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir.

Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır. İş o həddə çatıb ki, “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürür. Qeyd edim ki, “Sadovod” ticarət kompleksi Prezident Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.
Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa propaqandçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Vəziyyət o yerə çatıb ki, mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham etməyə başlayıblar.

Prinsipcə Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Tərəflər arasında gərginliyin hərbi toqquşmaya keçməsi də real deyil. Lakin rəsmi Bakı haqlı olaraq təyyarəmizin vurulması məsələsində tələblərini Moskvaya bildirir. Çünki Rusiya və Azərbaycan bərabərhüquqlu ölkələrdir. Yəni Azərbaycan heç kimdən asılı deyil.

Rəsmi Bakı hamı ilə əməkdaşlığa hazırdır. Rusiya bunu unutmamalıdır. Kremlin unutmamalı olduğu bir məqamda heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı xoşagəlməz davranışın olmamasıdır. Amma Rusiya tərəfi 2020-ci il Vətən müharibəsi dövründə erməniləri silahlandırmağa davam edib, hətta “İsgəndər”, “Pantsir”, “Pole 3M” və digər sistemləri bu ölkəyə verib.

Geosiyasi vəziyyət dəyişib. Bir zamanlar Rusiyanın təzyiq rıçaqları çox idi. Amma Azərbaycan artıq o ölkə deyil ki, Sumqayıt hadisələrini təşkil etmək, Yanvar qırğını törətmək, Xocalı soyqırımı gerçəkləşdirmək mümkün olsun.

Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı bu ölkə ilə imzalanan Moskva Bəyannaməsinə (2022) yenidən baxmalı ola bilər. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır. Ən əsası, Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri