Icma.az
close
up
RU
Azərbaycan həm bugünü, həmdə gələcəyi düşünən dövlət olduğunu göstərir Millət vəkili

Azərbaycan həm bugünü, həmdə gələcəyi düşünən dövlət olduğunu göstərir Millət vəkili

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində yeni və strateji bir mərhələnin başlanğıcıdır. Bu mötəbər hadisə bir daha sübut edir ki, Azərbaycan dövləti gələcəyə hesablanmış, dayanıqlı və məsuliyyətli inkişaf yolunu qətiyyətlə davam etdirir".

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım 525.az-a deyib.

Deputat bildirib ki, 240 meqavat gücündə olan bu stansiyanın istismara verilməsi ölkəmizin enerji təhlükəsizliyinin möhkəmlənməsi, ekoloji cəhətdən təmiz enerji mənbələrinin genişlənməsi və iqtisadi dayanıqlığın təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. İlham Əliyevin uzaqgörən siyasətinin, düşünülmüş strateji baxışının real nəticəsidir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın enerji sisteminin son 20 ildə demək olar ki, tam yenilənməsi, generasiya güclərinin üç dəfə artaraq təxminən 10 min meqavata çatması tarixi nailiyyətdir. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı ölkəmizi regionun aparıcı enerji mərkəzinə çevirir. Bu gün külək, günəş və su elektrik stansiyalarının ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə inşa edilməsi milli gücümüzün və suveren inkişaf modelimizin bariz nümunəsidir.

Deputat bildirib ki, xarici investorların, xüsusilə “ACWA Power” və “Power China” kimi nüfuzlu şirkətlərin Azərbaycana olan inamı ölkəmizdə mövcud olan güclü investisiya iqliminin, hüquqi sabitliyin və dövlətin verdiyi zəmanətlərin nəticəsidir. 

Eyni zamanda, batareya enerji saxlanma sistemlərinin yaradılması, 2030–2032-ci illərə qədər 8 giqavatlıq yeni bərpaolunan enerji güclərinin planlaşdırılması Azərbaycan həm bugünü, həmdə gələcəyi düşünən dövlət olduğunu göstərir. Bu siyasət ölkəmizi süni intellekt və yüksək enerji tutumlu texnoloji sahələr üçün də cəlbedici məkana çevirir.

Azərbaycan bu gün maliyyə sabitliyi, aşağı xarici borc səviyyəsi, yüksək valyuta ehtiyatları və artan kredit reytinqi ilə dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Beş ildir sülh şəraitində yaşayan, genişmiqyaslı quruculuq işləri aparan ölkəmiz regionda sabitliyin və inkişafın əsas dayaqlarından biridir.

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın növbəti uğurudur. Əminəm ki, möhtərəm Prezident lham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu ardıcıl və milli maraqlara əsaslanan enerji strategiyası Azərbaycanın gücünü daha da artıracaq, ölkəmizi enerji təhlükəsizliyi və yaşıl inkişaf sahəsində nümunəvi dövlətə çevirəcəkdir.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri