Icma.az
close
up
RU
Azərbaycan bu prosesin önündə dayanır Millət vəkili

Azərbaycan bu prosesin önündə dayanır Millət vəkili

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının birliyi və gələcəyi naminə mühüm bir mərhələ oldu. Bu Zirvə təkcə siyasi toplantı deyil, eyni zamanda ortaq tarixə, mədəniyyətə və milli kimliyə söykənən güclü həmrəyliyin təzahürü idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zirvə Görüşündəki çıxışı isə Türk dünyasının gələcəyinə strateji baxışı ortaya qoymaqla yanaşı, ölkəmizin bu birlikdəki lider mövqeyini bir daha təsdiqlədi".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, Prezident İlham Əliyev çıxışında Türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinin, qarşılıqlı siyasi etimadın gücləndirilməsinin, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Dövlət başçısının mesajları, Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyən edən, real təkliflərə və aydın vizyona əsaslanan çıxış idi: "Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəal üzvü olub və bu birliyin daha da möhkəmlənməsi üçün ardıcıl və prinsipial siyasət yürüdür. Zirvə Görüşündə Prezident İlham Əliyevin verdiyi mühüm bəyanatlar Türk dövlətlərinin inteqrasiya proseslərini sürətləndirəcək. Cənab Prezidentin çıxışında toxunduğu əsas məsələlərdən biri də Türk dünyasının beynəlxalq aləmdə daha fəal, daha güclü və daha çevik siyasi birlik kimi çıxış etməsi idi. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri və çağırışları digər üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirildi. Prezident İlham Əliyev ötən il Şuşada qəbul olunmuş Qarabağ Bəyannaməsinə istinad etməklə, bu sənədin Türk dövlətlərinin təhlükəsizlik və əməkdaşlıq baxımından ortaq maraqlarını əks etdirdiyini bir daha gündəmə gətirdi. Qarabağda əldə olunan qələbə və regionun tam suverenliyinin təmin olunması Azərbaycanın milli maraqları ilə yanaşı, Türk dünyasının strateji mövqelərini də möhkəmləndirir. Təhlükəsizliyin təminində Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi, ortaq müdafiə və informasiya siyasətlərinin gücləndirilməsi vacibdir. Prezident İlham Əliyevin bu yöndə çağırışları Türk dünyasının qlobal miqyasda güc mərkəzinə çevrilməsi üçün ideoloji və strateji əsas yaradır. Qəbələdə keçirilən bu Zirvə Görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal miqyasda söz sahibi olan mühüm güc mərkəzinə çevrilməkdədir. Azərbaycan bu prosesin önündə dayanır və Prezident İlham Əliyevin strateji liderliyi ilə bu yol davam etdirilir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri