Icma.az
close
up
RU
Azərbaycan həm də idman ölkəsidir...

Azərbaycan həm də idman ölkəsidir...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İdmanın inkişafı bölgələrimizdə də yüksək dinamikaya malikdir

Bədən tərbiyəsi və idman yalnız fiziki fəaliyyətlərdən ibarət deyil. Bu sahə həm əqli, həm də fiziki sağlamlığımızı inkişaf etdirir, hər yaş qrupunun diqqətini çəkməyi bacarır.

Ölkəmizdə idmanın inkişafı hər il daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır. Yeri gəlmişkən, martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu gün Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Paytaxtımız mötəbər yarışların mərkəzinə çevrilib

Bu gün nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, çoxsaylı idman mərkəzləri uğurla fəaliyyət göstərir. İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə Birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatının, 2023-cü ildə taekvondo üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verib.

Bölgələrimiz də idman yarışları üçün əlverişlidir

Ölkəmiz beynəlxalq nüfuzlu idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib. Həmin idman mərkəzləri uğurla fəaliyyət göstərir. Bölgələrimizdə də yerli və beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur. Bu, onu göstərir ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. 2023-cü ildən işğaldan azad olunmuş ərazilərimizdə də beynəlxalq turnirlərin təşkilinə start verildi.

Döyüş meydanlarında tarix yazan idmançılar...

Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amalla - üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yollanıblar. 44 günlük müharibədə 988 nəfər idmançı döyüşlərdə iştirak edib. Onlardan 320 nəfər şəhidlik zirvəsinə ucalıb. 2020-ci ildə pandemiya səbəbindən beynəlxalq yarışlarda iştirak edə bilməyən Azərbaycan idmançıları Zəfər salnaməsini bu dəfə öz canları və qanları ilə Vətən müharibəsinin döyüş meydanlarında yazıblar. Beynəlxalq arenalarda yüksək qələbələr qazanaraq Azərbaycanın bayrağını ucaldan, dövlət himnimizin səsləndirilməsinə nail olan atletlərimiz bu əbədi Zəfər yolunun layiqli davamçıları olduqlarını sübut ediblər.

Bu gün sevindirici məqamlardan biri də ondan ibarətdir ki, azad olunmuş torpaqlarda artıq idman tədbirləri təşkil olunur. 2022-ci il martın 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalıb. Həmin il mayın 6-da Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatası start götürüb. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq idman yarışı olan bu turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. 

Həmin il oktyabr ayının 21-də Suqovuşanda Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alan “Mingəçevir Reqatası-2022” beynəlxalq turnirinin açılış mərasimi və ilk yarış günü təşkil edilib. Bundan başqa 2022-ci il oktyabr ayının 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” adlı triatlon turniri keçirilib.

İdman tariximizin ən önəmli hadisəsi

2023-cü ilin sonları tarixi hadisə ilə əlamətdar olub. Belə ki, həmin il dekabrın 21-də işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol matçı keçirilib. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da oyuna baxmaq üçün stadiona gəliblər.

Sevindirici haldır ki, bu gün Azərbaycan Qarabağa həm də öz idman ənənəsi ilə qayıdıb. Bu qayıdış ölkəmiz, xalqımız üçün bir bayrama çevrilib. Demək ola ki, hər il ölkə idmanı üçün daha məsuliyyətli və idman yarışları ilə zəngin olur.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri